Əbədiyaşarları yaşadanlar .....                        Bakıda yanıq xəsarətləri alan qadın öldü .....                        Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir .....                        Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı .....                        Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər? .....                        Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı .....                        Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi .....                        Əhali içki və siqaretə 2 milyard manat xərcləyib .....                        Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq .....                       
10-11-2021, 12:31
Azay Quliyev Ərdoğanla görüşdü


ATƏT PA-nın nümayəndə heyəti olaraq Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanla və Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopla Ankarada keçirdiyimiz görüşdə çox mühüm məsələləri müzakirə etdik.
Butov.az xəbər verir ki, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev bildirib.
A.Quliyev deyib ki, görüşdə Türkiyənin son illər üzləşdiyi qaçqın, köçkün və qanunsuz miqrasiya, terrorla mücadilə, ikili standartlar və selektiv yanaşmalar, islamafobiya və digər təhdidlərlə bağlı mövzular diqqət mərkəzində olub:

“Bildirildi ki, Suriya və digər ölkələrdən gələn 4,5 milyon qaçqın və qanunsuz miqranta Türkiyə son 10 ildə 40 milyard dollar xərclədiyi halda, Avropa Birliyi və digər beynəlxalq təşkilatlardan söz verilən dəstək təmin olunmayıb. Türkiyə təkbaşına bu qədər ağır yükün öhdəsindən gələ bilməz və müvafiq beynəlxalq təşkilatlar və ölkələr bu problemin həllində rəsmi Ankaraya yardım etməlidir.

Müzakirələr zamanı İkinci Qarabağ savaşından sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi, regionda qalıcı sülh və barış üçün yeni imkanlar yarandığı, Ermənistanın hazırkı reallıqlar əsasında Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırmasının vacibliyi vurğulandı. ATƏT PA ilə Türkiyənin ən müxtəlif mövzularda əməkdaşlıq etməsinin, fərqli yanaşmaların dialoq və anlaşma çərçivəsində həllinin vacibliyi qeyd olundu”.
A.Quliyevin sözlərinə görə, səfər proqramına uyğun olaraq Türkiyənin və beynəlxalq təşkilatların rəsmiləri ilə nəzərdə tutulan görüşlər davam edir.
10-11-2021, 11:43
Mustafa Kamal Atatürkün anım günüdür

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 83 il ötür.

57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.

Atatürk 1881-ci ildə Selanikdə anadan olub.

Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər “Mustafa”dan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub.

1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cumhurbaşkanı). 1938-ci il, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı olub.

1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib.

Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtkabirə köçürülüb.

Butov.az
9-11-2021, 18:04
Rusiya Müdafiə Nazirliyi: ABŞ Rusiya sərhədinə qüvvələr toplayır

Rusiya Müdafiə Nazirliyi ABŞ və onun müttəfiqlərinin Qara dənizdəki hərəkətlərini izləyir.

Bildirilir ki, amerikalılar Rusiya sərhədinin bilavasitə yaxınlığında silahlı qüvvələrin çoxmillətli qruplaşmasını yaradırlar.

Hazırda Rusiyanın Qara Dəniz Donanması ABŞ gəmilərinə - qərargahın “Mount Whitney” gəmisinə, “Porter” raket esminesi və “John Lenthall” tankerinin Qara dənizdəki hərəkətlərinə nəzarət edir. Gəmilər oktyabrın 30-dan noyabrın 4-dək Qara dənizə daxil olub.
Rusiya sərhədindən təxminən yüz kilometr məsafədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki strateji bombardmançı B-1B uçub.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ABŞ-ın hərəkətləri “Qara dəniz regionunda vəziyyətin sabitliyini pozur” və Vaşinqtonun məqsədlərindən biri “Ukrayna ərazisinin hərbi cəhətdən mənimsənilməsidir”. Rəsmi Moskva ABŞ hərbçilərinin manevrlərini plansız adlandırıb.

Mənbə: TASS

Butov.az
9-11-2021, 13:11
Akar şəhidimizlə bağlı xatirəsini danışdı:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında kövrək anlar yaşayıb. Akar Vətən Müharibəsinin şəhidi, baş leytenant Valeh Məmiyevlə arasında keçən söhbəti xatırlayaraq göz yaşlarını tuta bilməyib:
“Təlimlər zamanı onunla söhbət edərkən övladımızın “bu təlimlər, uğurlar vacibdir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir” sözlərini dedikdən sonra müharibədə yaralanması, yaralı ikən xəstəxanada "verdiyim sözü tutdum" deyərək şəhid olması mənalı, vacib və dəyərli xatirədir. Şəhidlərimizin və qazilərimizin ailələrinin heç bir şəkildə incidilməməsi üçün biz Türkiyə olaraq, siz də burada Azərbaycan olaraq hər cür fədakarlığı göstərdik və göstərməyə davam edirik. Onların rahat və dinc olmaları bizim üçün çox önəmlidir. Onlara qarşı hər hansı bir hörmətsizliyi qəbul etməyimiz mümkün deyil. Bunun əksi davranış isə mütləq millətimizin qəlbində mühakimə olunar, qəbul edilməz və lazımi reaksiyanı alar.
Yaşasın Türkiyə, yaşasın Azərbaycan, yaşasın Azərbaycan və Türkiyənin əzəli qardaşlığı!".
9-11-2021, 12:00
Türkiyədə güclü zəlzələ zamanı iki bina dağıldı - VİDEO

Türkiyənin Konya vilayətində ötən gecə baş verən rixter cədvəli üzrə 5,1 bal gücündəki zəlzələ zamanı iki bina dağılıb.

Butov.az xəbər verir ki, zəlzələ zamanı 1 nəfər xəsarət alıb. Məlumata görə, dağılan binalar boş olub.
Qeyd edək ki, yeraltı təkanların episentri Meram rayonunda yerləşib.

9-11-2021, 11:31
Ceff Bezosun sevgilisi məşhur aktyorla ilk dəfə qarşılaşdı - VİDEO

ABŞ-da təşkil edilən tədbirlərin biri zamanı diqqətçəkən hadisə baş verib.

Butov.az xəbər verir ki, dünyanın ən varlı ikinci şəxsi Ceff Bezos sevgilisi Luren Sançezlə tədbirdə məşhur aktyor Leonardo DiKaprio ilə qarşılaşıb. Məlumata görə, bu, Sançezin DiKaprio ilə ilk qarşılaşması olub.

Həmin vaxt qadının aktyora heyran qalması diqqətdən qaçmayıb. Sançez DiKaprioya yaxınlaşmaq istəyəndə aktyor uzaqlaşıb.

9-11-2021, 11:29
Xüsusi təyinatlılarının bıçağı uçan gülləni 2 yerə PARÇALADI - VİDEO

"İynə" adlandırılan universal döyüş bıçağı (NUB) uçan tapança gülləsini kəsib.

Publika.az xəbər verir ki, Rusiya xüsusi təyinatlılarının bıçaqlarının imkanları "Zvezda" telekanalının "Hərbi Qəbul" proqramında nümayiş etdirilib .

"İynə" bıçağı Kazanda Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş üzgüçüləri üçün hazırlanıb. NUB sualtı döyüşlər və əlavə tapşırıqlar üçün nəzərdə tutulub. Bıçağın bir tərəfi ilə ölçmək, digər tərəfi ilə kəsmək mümkündür. Bu, üzgüçülərə balıq ovu torları ilə qarşılaşdıqda tez kəsməyə imkan verir.

Testlərdə bıçaq aşağı və yüksək temperaturlara məruz qalır. Həmçinin, "İynə"yə ağır yük asılaraq əyilməyə qarşı müqavimət yoxlanılır. "Hərbi Qəbul" proqramında, məngənə ilə sıxılmış bıçaq 225 kiloqram yükə tab gətirib.

Bıçağa on metr məsafədən atəş açılıb. Döyüş bıçağı tapançanın gülləsini iki yerə bölüb.

Ətraflı videomaterialda:




Butov.az
6-11-2021, 17:42
TÜRKSOY-un Baş katibi İlham Əliyevi təbrik etdi


TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Sizi və Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) adından və şəxsən öz adımdan ən səmimi duyğularımla təbrik edirəm.
Zati-alinizin liderliyi ilə qazanılmış bu şanlı Zəfər Azərbaycan xalqının birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.
Əminəm ki, qardaş Azərbaycanın gələcək inkişafında bu Qələbənin böyük töhfələri olacaq, Qarabağdakı dağıdılmış tarixi və mədəni mirasımız tezliklə Sizin rəhbərliyinizlə bərpa edilərək dünya mədəniyyətinə qovuşacaq.
TÜRKSOY ilə Azərbaycan Respublikası arasında mədəniyyət sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsini, Zati-alinizin müdrik və qətiyyətli rəhbərliyi ilə Azərbaycan xalqının daim müstəqillik və əmin-amanlıq şəraitində yaşamasını arzu edirəm".
5-11-2021, 18:26
Ukrayna “Bayraktar”ın sayını artıracaq

Rəsmi Kiyev “Bayraktar” pilotsuz hücum təyyarələrinin sayını artırmaq niyyətindədir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Sergey Şaptala bildirib.

“Dövlət bizə “Bayraktar”ı alır. Onlar xidmətimizdədir və biz bununla dayanmırıq, onların sayını daha da artıracağıq”, - deyə o qeyd edib.

Mənbə: RİA Novosti

Bütöv.az
4-11-2021, 19:28
İrkutskda An-12-nin qəzaya uğradığı yer - VİDEO

Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan An-12 təyyarəsi ilə bağlı bəzi məlumatlar və qəza yerindən görüntülər yayılıb.

Bütöv.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzadan öncə pilotlar ikinci dəfə dövrə vurmağın vacibliyini məruzə edib, daha sonra isə təyyarə radarlardan itib.

“Sputnik Belarus” təyyarənin Belarusun “Qrodno” aviaşirkəti tərəfindən istismar olunduğunu bildirib.

Təyyarənin göyərtəsində Belarus, Rusiya və Ukrayna vətəndaşları olub. Krasnoyarsk vilayətinin qubernatorunun sözlərinə görə, göyərtədə olan 5 heyət üzvü və iki sərnişinin hamısı ölüb.

Qəzanın pis hava şəraiti və yaxud texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. Hadisə ilə bağlı cinayət işi açılıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!