Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                        ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir .....                        Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu .....                        Ötən ay kanalda batan Zaminin meyiti tapıldı .....                       
19-10-2021, 12:02
Əfqanıstanda 47 nəfərin öldüyü terror aktının görüntüləri ortaya çıxdı  - VİDEO

Əfqanıstanda terror təşkilatı İŞİD-ın məscidə etdiyi hücumun görüntüləri yayılıb.

Bütov.az xəbər verir ki, terror aktı oktyabrın 15-də Qəndəhar vilayətində şiə camaatına aid Fatimiyyə Məsciddə baş verib. Hadisə nəticəsində 47 nəfər öldürülüb.

Paylaşılan kadrlarda məscidə yaxınlaşan 2 terrorçu, qapıda gözləyən məscidin 2 mühafizəçisini güllələyib. Daha sonra şəxslər Vətəndaşlara hücum ediblər. Hətta terrorçulardan biri məscidə girirərək, üzərindəki bombanı partladır.

16-10-2021, 22:40
Dağlar da qardaşdır...

Qafqazların və Tanrı dağlarının sərin sularından içdim, dəstəmaz aldım. Anladım ki, dağlar da qardaşdır.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı özünün Tvitter səhifəsində yazıb.
Qeyd edək ki, C.Bağçı bu gün bir qrup xarici diplomat və yerli media nümayəndələri ilə birgə Tərtər rayonunun işğaldan azad olunan Talış kəndi və Suqovuşan qəsəbəsində səfərdə olub.
Diplomatları və media təmsilçilərini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
15-10-2021, 19:07
Rusiya Monteneqrodan Telman İsmayılovun ekstradisiyasını istəyib

Rusiya Federasiyasının Baş Prokurorluğu azərbaycanlı biznesmen Telman İsmayılovun ekstradisiyası üçün Monteneqroya sorğu göndərib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, oktyabrın 7-dən etibarən T.İsmayılovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiya Federasiyasına ekstradisiyası ilə bağlı müraciət diplomatik kanallar vasitəsilə Monteneqronun Ədliyyə, İnsan haqları və Azlıqların Hüquqları Nazirliyinə göndərilib.

Bundan əvvəl T.İsmayılovun vəkili Marina Rusakova bildirmişdi ki, Podqoritsa məhkəməsi noyabrın 12-də müvəkkilinin siyasi sığınacaq verilməsi ilə bağlı ərizəsinə baxacaq.

Xatırladaq ki, biznesmen oktyabrın 2-də Podqoritsa məhkəməsi tərəfindən həbs edilib, onun vəkilləri qərardan apellyasiya şikayəti verib.

O da qeyd olunur ki, T.İsmayılovun Rusiya səlahiyyətlilərinə təhvil verilməsi tələbi, həbs edildiyi gündən 40 gündən gec olmayaraq alınmalıdır, əks halda o, sərbəst buraxılacaq.

Butov.az
14-10-2021, 13:41
İranlı agentlər həbs edildi - VİDEO

Türkiyədə 2-si iranlı agent olmaqla 8 nəfər saxlanılıb.

Oxu24.com haberler.com-a istinadən xəbər verir ki, İrandan gələn agentlər Vanda yaşayan keçmiş iranlı əsgəri qaçırmayı planlaşdırıb. Əsgərin İrana qaçırılması üçün 30 min dollar büdcə ayrılıb. Agentlər bu büdcə ilə türkiyə vətəndaşlarının da iştirakı ilə dəstə qurublar.

Agentlərin təlimatları ilə hərəkət edən dəstə üzvlərindən keçmiş iranlı hərbçinin və onun həyat yoldaşının İrana qaçırılması tələb olunub.

Dəstə üzvlərinə xəbərdarlıq edilib ki, təlimata uyğun hərəkət etməsələr onların İranda yaşayan ailələrinə zərər veriləcək.

Ötən ay türk kəşfiyyatı və polisi keçmiş hərbçini qaçırmaq üçün onun evinə soxulmağa hazırlaşan dəstə üzvlərini həbs edib. Əməliyyatın detalları isə indi açıqlanıb.




Butov.az
13-10-2021, 12:19
Pakistan və Türkiyə razılığa gəldi

Pakistan Fransa istehsalı sualtı qayıqların yenilənməsi üçün Türkiyə ilə razılığa gəlib.

Butov.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Türkiyənin Müdafiə Səneyesi naziri İsmail Dəmirin Pakistan sualtı qayıqları ilə bağlı açıqlamasını dəyərləndirən xəbərdə bildirilir ki, bu Fransaya ağır zərbədir.
Qeyd edək ki, İsmail Dəmir “Müdafiə sənayesində siyasi təzyiqlər var. Onların öhdəsindən gəlirik. Məsələn Pakistanın Fransandan aldığı sualtı qayıqların yenilənməsi üçün fransızlar böyük təzyiq göstərdi. Lakin işi türk şirkəti aldı” - deyə bildirmişdi.

Əlavə edək ki, Avstraliya sualtı qayıqlarla bağlı Fransa ilə imzalanmış sazişi pozaraq ABŞ və Böyük Britaniya ilə razılığa gəlmişdi.
13-10-2021, 12:16
Helikopterdən tullanan əsgərin paraşütü açılmadı - ANBAAN VİDEO

Kolumbiyanın Tolima əyalətinin Melgar şəhərindəki Hərbi Paraşütçülük Məktəbində təlim zamanı əsgərin başına iş gəlib.

Butov.az xəbər verir ki, təlim zamanı helikopterdən tullanan əsgərin paraşütü açılmayıb.

Yerə yıxılan əsgərin qəzadan sağ çıxdığı bildirilib. Luisin Tolemaida adlı əsgərin hərbi xəstəxanaya aparılıb. Həkimlər əsgərin sağ ayağının qırıldığını və bədəninin bəzi yerlərinin əzildiyini bildiriliblər.

Əsgərin yerə yıxıldığı anlar isə kameralara əks olunub.

12-10-2021, 12:15
İRAN VƏ SƏUDIYYƏ ƏRƏBISTANI ARASINDA BARIŞIQ SAZIŞI

İran və Səudiyyə Ərəbistanı hər iki ölkədə konsulluqların yenidən açılması barədə razılıq əldə ediblər. Bu barədə "Frans Press" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Konsulluqların işinin bərpası ilə bağlı razılığa əldə edilib", - agentlik onun sözlərindən sitat gətirib. "Düşünürəm ki, yaxın həftələrdə münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma olacaq", - o əlavə edib.

Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə Tehranla Ər-Riyad arasında indiyə qədər beş raund danışıqların keçirildiyini bildirmişdi.

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!