Türkiyədə 2-si iranlı agent olmaqla 8 nəfər saxlanılıb.
Oxu24.com haberler.com-a istinadən xəbər verir ki, İrandan gələn agentlər Vanda yaşayan keçmiş iranlı əsgəri qaçırmayı planlaşdırıb. Əsgərin İrana qaçırılması üçün 30 min dollar büdcə ayrılıb. Agentlər bu büdcə ilə türkiyə vətəndaşlarının da iştirakı ilə dəstə qurublar.
Agentlərin təlimatları ilə hərəkət edən dəstə üzvlərindən keçmiş iranlı hərbçinin və onun həyat yoldaşının İrana qaçırılması tələb olunub.
Dəstə üzvlərinə xəbərdarlıq edilib ki, təlimata uyğun hərəkət etməsələr onların İranda yaşayan ailələrinə zərər veriləcək.
Ötən ay türk kəşfiyyatı və polisi keçmiş hərbçini qaçırmaq üçün onun evinə soxulmağa hazırlaşan dəstə üzvlərini həbs edib. Əməliyyatın detalları isə indi açıqlanıb.
Pakistan Fransa istehsalı sualtı qayıqların yenilənməsi üçün Türkiyə ilə razılığa gəlib.
Butov.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Türkiyənin Müdafiə Səneyesi naziri İsmail Dəmirin Pakistan sualtı qayıqları ilə bağlı açıqlamasını dəyərləndirən xəbərdə bildirilir ki, bu Fransaya ağır zərbədir. Qeyd edək ki, İsmail Dəmir “Müdafiə sənayesində siyasi təzyiqlər var. Onların öhdəsindən gəlirik. Məsələn Pakistanın Fransandan aldığı sualtı qayıqların yenilənməsi üçün fransızlar böyük təzyiq göstərdi. Lakin işi türk şirkəti aldı” - deyə bildirmişdi.
Əlavə edək ki, Avstraliya sualtı qayıqlarla bağlı Fransa ilə imzalanmış sazişi pozaraq ABŞ və Böyük Britaniya ilə razılığa gəlmişdi.
Kolumbiyanın Tolima əyalətinin Melgar şəhərindəki Hərbi Paraşütçülük Məktəbində təlim zamanı əsgərin başına iş gəlib.
Butov.az xəbər verir ki, təlim zamanı helikopterdən tullanan əsgərin paraşütü açılmayıb.
Yerə yıxılan əsgərin qəzadan sağ çıxdığı bildirilib. Luisin Tolemaida adlı əsgərin hərbi xəstəxanaya aparılıb. Həkimlər əsgərin sağ ayağının qırıldığını və bədəninin bəzi yerlərinin əzildiyini bildiriliblər.
Əsgərin yerə yıxıldığı anlar isə kameralara əks olunub.
İran və Səudiyyə Ərəbistanı hər iki ölkədə konsulluqların yenidən açılması barədə razılıq əldə ediblər. Bu barədə "Frans Press" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Konsulluqların işinin bərpası ilə bağlı razılığa əldə edilib", - agentlik onun sözlərindən sitat gətirib. "Düşünürəm ki, yaxın həftələrdə münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma olacaq", - o əlavə edib.
Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə Tehranla Ər-Riyad arasında indiyə qədər beş raund danışıqların keçirildiyini bildirmişdi.
Butov.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixail Saakaşvilinin həbsxanada aclıq aksiyası keçirməsinə münasibət bildirərkən deyib.
Qaribaşvili söyləyib ki, sabiq prezident şəxsən öz bank kredit kartı ilə yeddi banka bal alıb və yarım kilo bal qəbul edib.
"Aclıq elan etdiyini açıqlayan adam yarım kilo bal yeməməlidir, bunu tam məsuliyyətlə deyirəm. İnsanları aldatmağı və cəmiyyəti çaşdırmağı dayandırın", -Qaribaşvili əlavə edib.
Gürcüstan hökuməti başçısının sözlərinə görə, ixtisaslı həkimlər Saakaşvilinin səhhətinə nəzarət edir və vəziyyəti qənaətbəxşdir.
Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” əsas gəlir mənbəyi barədə məlumat verib.
Bu barədə Əfqanıstanın mədəniyyət və informasiya naziri kimi təyinat alan Zabihullah Mücahid məlumat yayıb.
Z.Mücahid qeyd edib ki, hazırda hərəkatın əsas gəlir mənbəyi vergi və rüsumlardan yığılan vəsaitdir. Gələcəkdə isə hökumət mədən sənayesindən gəlir əldə etməyi düşünür.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!