Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
8-10-2021, 20:11
Türkiyə İranla sərhədi bağladı -  VİDEO

Türkiyənin İran sərhədində inşa etdiyi beton səddin bir hissəsi tamamlanıb.

Butov.az xəbər verir ki, planın tamamlanan hissəsi Van bölgəsini əhatə edir. Bölgədə uzunluğu 20 kilometr olan beton lövhələr düzülüb.
Qeyd edək ki, Türkiyə İranla bütün sərhəd boyu beton lövhələr yerləşdirməyi planlaşdırır. Məqsəd İran tərəfdən gələ biləcək qaçqın axınına və qanunsuz keçidlərə mane olmaqdır.

8-10-2021, 09:42
İran Fars körfəzində Amerika gəmisini ələ keçirdi - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun qayıqları Fars körfəzində ABŞ gəmisini ələ keçirib. Bu barədə ölkənin dövlət televiziyası xəbər verir.

Yayılan videoda sürət gəmilərindən birindən çəkilmiş kadrları nümayiş etdirilir. Kadlarda, Amerika bayrağı ilə üzən bir gəmi, eləcə də göyərtədə olan bir neçə nəfər lentə alınıb.

"İran donanması Fars körfəzindəki Amerika və xarici qüvvələr üzərində tam üstünlüyünü nümayiş etdirib", - reportajda deyilir.

ABŞ-ın 5-ci Dəniz Donanmasının Bəhreyndəki nümayəndəsi Timothy Hawkins, öz növbəsində, son günlər belə bir hadisə haqqında heç bir şey bilmədiyini söyləyib.

Hadisənin təfərrüatları, eləcə də videonun çəkildiyi vaxt məlum deyil.



Butov.az
7-10-2021, 17:03
Türkiyə və İran Ankarada siyasi müzakirələr aparacaq

Türkiyə ilə İran arasında iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin başçılığı altında siyasi müzakirələr aparılacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Qeyd edilir ki, sabah Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və İran xarici işlər nazirinin müavini Əli Bağeri Keninin başçılığı ilə Ankarada siyasi müzakirə görüşləri keçiriləcək.

Görüş zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Butov.az
7-10-2021, 12:46
Pakistanda güclü zəlzələ - VİDEO

Pakistanın cənub-qərbində rixter cədvəli üzrə 5,7 bal gücündə zəlzələ baş verib.

Butov.az xəbər verir ki, zəlzələ nəticəsində azı 20 nəfər həyatını itirib. 200-dən çox yaralı var. Tələfatın artacağı istisna edilmir. Məlumata görə, yeraltı təkanların episentri Harnai şəhərində yerin 20 kilometr dərinliyində yerləşib. Zəlzələ nəticəsində çox sayda tikili dağılıb.
Bildirilir ki, yeraltı təkanların baş verdiyi bölgədə mədənlər yerləşir və mədənlərdə dağıntılar qeydə alınıb.



5-10-2021, 15:45
Ərdoğan: Qərbin hegomoniyası bitdi, dünyada sözünü deyən Türkiyə var

“Dünya dəyişir. BMT də dəyişməlidir. “Qərb üstündür” anlayışının sonuna gəldik”.

Butov.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kriter” nəşrinə belə açıqlama verib. O bildirib ki, əsrlər boyu davam edən qərb hegomoniyası artıq bitib. Ərdoğanın sözlərinə görə, dünyada yeni beynəlxalq sistem formalaşıb. ABŞ-ın səbəb olduğu problemlərə diqqət çəkən Ərdoğan, “soyuq müharibədən” sonra Vaşinqtonun uğursuz siyasət xətti seçdiyini ifadə edib.
“Türkiyənin gücü gündən-günə artır və beynəlxalq siyasətdə rolu genişlənir. Başqa orta səviyyəli ölkələr də inkişaf edir. Yəni sadəcə böyük güclərin sözünün keçdiyi dünyada yaşamırıq artıq”.
5-10-2021, 15:17
“Taliban” İŞİD-in hücrəsini məhv edib

Əfqanıstanın “Taliban” təşkilatı İŞİD terror qruplaşmasının bir hücrəsini məhv edib.

Bu barədə “Taliban” hökumətinin məlumat və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid “Twitter” hesabında bildirib:

“Dünən gecə Kabilin 17-ci məhəlləsində İslam Əmirliyinin mücahidlərindən ibarət xüsusi bir qrup İŞİD yaraqlılarının yuvasına qarşı əməliyyat keçirdi”.

Onun sözlərinə görə, “bu qətiyyətli və uğurlu əməliyyat” nəticəsində İŞİD təşkilatının mərkəzi tamamilə dağıdılıb və orada olan bütün hərəkat üzvləri məhv edilib.

Qeyd edək ki, dünən Kabildə İŞİD terrorçuları tərəfindən İdgah məscidinin yaxınlığında həyata keçirilən partlayış nəticəsində 12 nəfər ölüb, azı 32 nəfər yaralanıb.

Butov.az
5-10-2021, 15:13
DƏHŞƏTLİ HADİSƏ: İnternet kəsildi - VİDEO

Dünya miqyasında baş verən internet problemi Çində az qalan böyük faciəyə səbəb olacaqdı.

Butov.az CNN-ə istinadən xəbər verir ki, internet kəsildiyinə görə, insanların sıx olduğu ərazidə müxtəlif tapşırıqları icra edən yüzlərlə dronla əlaqə dayanıb. Nəticədə onlar idarəetmədən çıxaraq insanların üzərinə düşüb.
Xoşbəxtlikdən fəsad qeydə alınmayıb. Lakin dronlara zərər dəyib.

[media=https://www.youtube.com/watch?v=S15OsuW4eGE]
4-10-2021, 16:26
Tanınmış insanlar təyyarə qəzasında öldü - VİDEO

Ötən gün İtaliyanın Milan şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması ilə bağlı detallar üzə çıxıb.

Butov.az xəbər verir ki, təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar məşhur iş adamı rumıniyalı Dan Petresku, onun ailə üzvləri və yaxın dostları olub. Məlumata görə, hadisə zamanı ümumilikdə 8 nəfər həyatını itirib. Bildirilir ki, təyyarəni 68 yaşlı iş adamı idarə edirmiş. Layner havaya qalxandan bir neçə dəqiqə sonra istifadəyə yararsız olan binanın üzərinə düşüb. Hadisə ilə bağlı araşdırma aparılır.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!