Rumen Radevin Azərbaycana səfəri başa çatdı .....                        Ermənistandan KTMT-yə qarşı daha bir demarş .....                        Paşinyanın sədrliyi ilə Moskva görüşü başladı .....                        Azərbaycanla Türkiyə arasında sənədlər imzalandı .....                        Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - FOTO .....                        Ərdoğan Əli Əsədovu qəbul etdi .....                        Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər .....                        Dönərdən zəhərlənənlərin sayı 40-a çatdı .....                        Ölənə qədər vəzifədə olmalı deyiləm ki? - Novruz Məmmədov .....                       
Tarix : 19-12-2018, 16:08
“Audiokitab” ədəbiyyat və tariximizlə daha yaxından tanış olmaq imkanı yaradır
Dekabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində ölkəmizdə ilk dəfə reallaşan “Audiokitab” layihəsinin yaradıcıları ilə görüş keçirilib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin rəhbəri, Əməkdar mədəniyyət işçsi Həsən Həsənov görülən işlərlə bağlı məlumat verib. Bildirib ki, “Audiokitab” yeni texnologiyalar vasitəsilə insanların Azərbaycan və dünya yazıçıları, onların əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onlarda oxu mədəniyyətinin inkişaf etdirilməsinə dair fəaliyyət göstərən layihədir. Qeyd edib ki, Azərbaycanda ilk dəfə həyata keçirilən, dörd ilə yaxın bir vaxt ərzində ərsəyə gələn layihə çərçivəsində artıq 400-dək kitab peşəkar aktyorların ifasında səsləndirilib. Artıq bir neçə gündür ki, “Audiokitab” dünyanın hər yerində yayımlanır.
“Azərbaycanda əvvəllər də audiokitablar yaradılıb. Amma bu layihələr lokal xarakter daşıyıb və geniş auditoriya üçün nəzərdə tutulmayıb. “Audiokitab” gözdən əlil və zəif görən insanların da Azərbaycan ədəbiyyatı və tarixi ilə tanış olmasına imkan yaradı”, - deyə H.Həsənov söyləyib.
O, Azərbaycanda 40 min insanın gözdən əlil olduğunu və layihənin bu kateqoriyadan olan şəxslərin də təhsil səviyyəsinin artırılmasında əlverişli olmasını diqqətə çatdırılıb.
Bildirilib ki, tezliklə layihə həmvətənlərimizin daha da sıx birləşməsi üçün bir vasitə olacaq. “Audiokitab”da klassik və müasir Azərbaycan ədəbiyyat nümunələri, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, Azərbaycan nağılları, şifahi xalq yaradıcılığı və xarici ədəbiyyat nümunələri öz əksini tapıb. Layihənin əsas məqsədlərindən biri də milli ədəbiyyat nümunələrimizin, tarixmizin ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan həmvətənlərimizə Azərbaycan dilində çatdırılması, mədəniyyətimizin təbliğ edilməsidir.
Azərbaycan Milli Elmlər Akademisyasının (AMEA) elmi işçisi professor İlham Həsənov “Audiokitab”da səsləndirdiyi Azərbaycan tarixi haqqındakı mühazirəsindən danışıb, müasir oxucular üçün layihənin əhəmiyyətini vurğulayıb.
Professor deyib ki, audiokitablar şagird və tələbələr üçün də mühüm dərs vəsaitidir. Xüsusən, layihəyə Azərbaycan tarixinin bütün dövrləri ilə bağlı mühazirələrin də daxil edildiyi qeyd olunub.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi də bu layihə haqqında öz maraqlı fikirlərini jurnalistlərlə bölüşüb. Qeyd edib ki, bu ölkəmizdə ilk audiokitab layihəsidir. Artıq dünyada yaşayan soydaşlarımız öz ədəbiyyatımız və tariximizlə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Sonra “Safaroff” proqramının təsisçisi Çingiz Səfərov layihənin texniki tərəfləri haqqında geniş məlumat verib. “İlk dəfə ölkəmizdə “Audiokitab”a tətbiq edilən bu proqram müəyyən çətinliklərə baxmayaraq, altı ay ərzində böyük zəhmətdən sonra ərsəyə gətirilib. Bu gün rahatlıqla soydaşlarımız “İOS” və “Android” sistemli telefonlarda “PlayMarket”dən bu proqramı yükləyib audiokitablara qulaq asa biləcəklər.

Layihənin yaradıcı heyətindən aktrisa Vüsalə Məmmədazadə və aktyor Əhliman Ərşadlı, redaktor Fərid Nəsibov “Audiokitab”dakı fəaliyyətləri haqqında KİV nümayəndələrinə ətraflı məlumat veriblər. Onlar da bu layihənin uğurlu olacağına inandıqlarını və dinləyicilərin razı qalacaqlarını qeyd ediblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!