Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                        Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı .....                        Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu .....                        Azərbaycanda milli geyim standartları hazırlanıb .....                        "Niva" ilə 40 yaşlı kişini vurub öldürdü .....                        İranda internet bərpa olunur .....                        İran Ermənistana uçuşları ləğv etdi .....                        Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi .....                       
Tarix : 24-12-2018, 14:25
Mərkəzi Bankın sədri Cocuq Mərcanlı kənd sakinləri ilə görüşüb

Mərkəzi Bankın sədri Elman Rüstəmov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində ilk olaraq Cocuq Mərcanlı kəndində 2016-ci ilin aprel döyüşləri şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edən E.Rüstəmov daha sonra Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə görüşüb, məktəbin xatirə kitabına ürək sözlərini yazıb. Mərkəzi Bankın adından məktəbə texniki avadanlıqlar və kitablar hədiyyə edilib.
Sədr Elman Rüstəmov Cocuq Mərcanlı kəndinin icma parkı, yay kinoteatrı və asudə vaxt kafeteriyası, eləcə də Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq
Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olaraq inşa edilən kənd məscidini də ziyarət edib.
Cocuq Mərcanlı kənd icma mərkəzində kənd sakinləri ilə görüşdə çıxış edən E.Rüstəmov bildirib ki, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Milli Ordumuzun əks hücumu nəticəsində Cəbrayıl və Füzuli rayonu istiqamətində geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyi düşməndən azad edilib və Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçib. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.
İşğal nəticəsində tamamilə məhv edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlətimizin başçısının imzaladığı sərəncamlar barədə danışan E.Rüstəmov kəndə dəymiş ziyanın aradan qaldırılması və işğaldan azad edilmiş ərazilərdə əhalinin firavan həyat şəraitini təmin edilməsinin daim Prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayaraq kənddə görülmüş quruculuq işlərini qeyd edib.
Daha sonra kənd sakinlərinin istək və problemlərinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, Mərkəzi Bankın dəstəyi ilə 2018-ci ilin mart və dekabr aylarında Cocuq Mərcanlı kəndinin sakinlərinə və Xeyriyyə fonduna bayram sovqatları, nəqliyyat, texniki, məişət və kompüter avadanlıqları verilib.
Mərkəzi Bank bundan sonra da Cocuq Mərcanlı kəndinə dəstəyini davam etdirəcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!