Yanğına görə 2 nəfər tutuldu .....                        Köhnə tikililər söküləcək - Yeni detallar AÇIQLANDI .....                        Danışıqlar 6-7 saat davam edə bilər .....                        Onlara da əsgərlikdən möhlət verilir - SİYAHI .....                        Tramp Lukaşenko ilə danışıqlar apardı .....                        Şərurlu İsfəndiyarın avtomobillərinə həbs qoyulub? .....                        Şəhid mayorun anası vəfat etdi .....                        Putinlə ərazi mübadiləsini müzakirə edəcəm! - Tramp təsdiqlədi .....                        Qərbi Azərbaycan İcması buraxılır? - Əziz Ələkbərli CAVAB VERDİ .....                       
Tarix : 21-07-2017, 18:10
Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub


Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin telekommunikasiya infrastrukturu yenidən qurulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumata görə, “Aztelekom” MMC tərəfindən Cocuq Mərcanlı kəndinə 10 km məsafədən optik kabelin çəkilməsi üçün qazıntı işləri aparılıb, 64 nömrə tutumlu EATS-in tikinti-quraşdırılma işləri yekunlaşıb. İlk dəfə olaraq kənd daxilində telefon kabellərinin yeraltı çəkilməsi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb. 1200 metrədək məsafədə daxili şəbəkənin qurulması işləri həyata keçirilib.

İlkin mərhələdə kənddə yeni tikilən 50 evin hamısı, həmçinin məktəb və dövlət əhəmiyyətli obyektlər telefonlaşdırılıb, internetlə təmin olunub.
Gələcəkdə yeni tikiləcək bütün evlər və digər obyektlər də müvafiq infrastrukturla – rabitə və telekommunikasiya ilə təmin ediləcək.

“Aztelekom” MMC-nin rəhbərliyinin Cocuq Mərcanlıya bugünkü səfəri çərçivəsində sakinlərdən Hüseynovlar ailəsinin səhhətində olan problemlərə görə məktəbə gedə bilməyən qızına bilik və bacarıqlarını artırmaq üçün bir ədəd noutbuk, telefon və internətə girişi təmin etmək üçün modem hədiyyə olunub. Ailənin məskunlaşdığı evə telefon və internet çəkilişi də ödənişsiz həyata keçirilib.

“Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına müvafiq olaraq, hazırda Cocuq Mərcanlıda yaşayacaq əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb: “Burada ən son texnologiyalar tətbiq olunmuş avadanlıqlardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulan elektron ATS-in tutumu gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq. Gələcəkdə azad olunacaq digər torpaqlarımızda da, böyük məmnuniyyətlə, müasir rabitə və telekommunikasiya şəbəkəsini qısa zaman ərzində keyfiyyətlə qurmağa hazırıq”.


Paylaş



Bölmə: Ana seife / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!