Sahibə Qafarovaya "Dostluq" ordeni təqdim edildi .....                        Qarabağda hərbi cinayətləri Ermənistanın prokurorluğu araşdırıb .....                        "Mən insulin satanam?" - Endokrinoloji Mərkəzin sabiq direktoru .....                        Sürücülük vəsiqəsi imtahanı DİM tərəfindən keçirilə bilər? .....                        Köçkünlərin "çörəkpulu" nə vəxt kəsiləcək? - Deputat AÇIQLADI .....                        Polis əməkdaşlarının maaşları ilə bağlı qərar .....                        DİM sertifikasiya imtahanı modeli hazırlayıb .....                        Azərbaycanda bu imtahan ödənişsizdir .....                        Qarabağda “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb .....                       
Tarix : 29-11-2017, 09:46
AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cocuq Mərcanlıya səfər edib


Butov.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri 25 noyabr 2017-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamdan sonra burada görülmüş tikinti-abadlıq işləri ilə yerində tanış olmaq, yerli əhali ilə görüşmək, kənd orta məktəb kitabxanasının qurulmasına və kitabxana fondunun zənginləşdirilməsi, kitabların hədiyyə olunması və ehtiyacların yerində qiymətləndirilməsi məqsədi daşıyır.

Qonaqları Cəbrayıl rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Mayıl Əliyev, Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Cocuq Mərcanlı kənd məscidinin axundu Elman Piriyev və digərləri qarşılayıblar. İlk olaraq Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbi ziyarət edilib. Ziyarət zamanı birinci sinif şagirdləri ilə görüş keçirilib. MEK təmsilçiləri hədiyyə olaraq 400-ə qədər kitabı məktəbin kitabxanasına hədiyyə ediblər. Şagirdlərin vətən mövzusunda şeirlər söyləməsindən sonra məktəbin direktoru Zamin Həziyev MEK təmsilçilərinə göstərdikləri münasibətə və diqqətə görə təşəkkür edib, məktəb haqqında, o cümlədən buradakı tədris prosesindən danışıb. Daha sonra kitabxana təmsilçiləri Cocuq Mərcanlı kənd məscidini ziyarət edərək axund Elman Piriyev ilə görüşüblər. Məscidi ziyarətdən sonra qonaqlar kəndi gəzib, buradakı tikinti-quruculuq işlərinin intensiv şəkildə getməsinin şahidi olublar. Kənd sakinləri ilə görüşüb, onları yenidən doğma torpağa köçmələri və əmin-amanlıqda yaşamaları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıblar. Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətə hər zaman dəstək verməyə hazır olduqlarını bildiriblər. Sonda MEK nümayəndələri kəndin çıxışında Aprel şəhidlərinin xatirəsinə ucladılmış abidəni də ziyarət edib, önünə gül dəstələri düzüblər. Yeri gəlmişkən xatırladaq ki, MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi şərçivəsində və Vikipediyada Aprel Şəhidlərinin və 20 Yanvar faciəsində qətlə yetirilənlərin siyahıları kitabxananın elektron yaddaşında da öz əksini tapıb.



Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!