1 000 000-cu “ASAN Viza” sahibi Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında qarşılanıb. Bu viza Fransa vətəndaşı Louis Henri Samoyaulta verilib. 1 000 000-cu vizanın sahibi kimi Louis Henri Samoyaulta “ABAD” tərəfindən xüsusi hədiyyə və Şahdağ Turizm Mərkəzinin istirahət vauçeri təqdim olunub. Sonra L. H. Samoyault “ASAN xidmət” mərkəzi ilə tanış olub, mərkəzlərin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb. Həmçinin qonaq “ABAD” publik hüquqi şəxs, ASAN Radio ilə də tanış olub. Qonaq “ASAN Viza” vasitəsi ilə elektron viza alma prosesindən məmnunluğunu bildirib, “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarə edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi www.evisa.gov.az elektron viza portalı və Azərbaycan ərazisində yerləşən Beynəlxalq Hava Limanlarında vizaların verilməsinin təmin olunması istiqamətləri üzrə fəaliyyət göstərir. Ümumilikdə “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir. “ASAN Viza”nın elektron viza portalı və hava limanlarındakı özünəxidmət terminalları 9 dildə fəaliyyət göstərir. Terminallar vasitəsilə orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir. Özünəxidmət terminalları ilə yanaşı xüsusi pəncərələr vasitəsi ilə viza verilməsi və bank xidmətləri də həyata keçirilir. 2018-ci ildə ölkə üzrə vizaların verilməsinin 80 faizi məhz "ASAN Viza" sistemi vasitəsi ilə təmin edilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!