Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə .....                        Fransada gözəllik salonuna qumbara atılıb - Yaralananlar var .....                        Ekrem İmamoğlunun qaynı həbs edilib .....                        Yolumuzu gözləyən var... .....                        Sabiq nazir müavininin meyiti tapıldı .....                        Bakıda şagird reanimasiyaya yerləşdirildi .....                        ABŞ İrana qarşı hərəkətə keçdi .....                        Masallıda ağır qəza - Ölən var .....                        Prezident Saleh Məmmədovu işdən çıxardı - YENİ TƏYİNAT .....                       
Tarix : 25-02-2019, 09:48
96 dövlət əmlakı hərraca çıxarılıb

Martın 27-də keçiriləcək özəlləşdirmə hərracında iştirak etmək istəyənlərin ümumilikdə 96 dövlət əmlakı üzrə seçim etmək imkanı var.
Butov.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Azvision.az -a bildirilib ki, iqtisadi kateqoriya və ümumi faydalı sahə üzrə müxtəlif dövlət əmlaklarının özəlləşməyə çıxarılması investorların seçim imkanlarını artırır. Komitənin keçirdiyi hərraclarda iştirak edən hər kəsin şəffaf mühitdə, onlayn formada seçdiyi dövlət əmlakını özəlləşdirmək imkanı var. Sadə müraciət prosedurları ilə elektron sifarişin verilməsi və virtual hərraclarda iştirak vətəndaşların məmnuniyyətinə, rahatlığına yönəlib.
Komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə martın 27-də keçiriləcək növbəti hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir.
Müxtəlif şəhər və rayonlar üzrə biznes fəaliyyətinə imkan yaradacaq kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3813,2 kvadratmetr arasındadır. Şəkidə istirahət zonası, Mİngəçevir və Yevlaxda yardımçı təsərrüfatlar, Sumqayıt, Qax və Balakəndə əmlak kompleksləri investorlara maraqlı ola biləcək dövlət əmlaklarındandır. Xidmət sahəsi üzrə fəaliyyət göstərmək istəyən şəxslər seçimlərini ticarət və ictimai iaşə obyektləri üzrə edə bilər. Hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək ümumi faydalı sahəsi olan obyekt Qusar Tədarük Satış Bazasıdır. Paytaxtın Nizami rayonu, Babək prospektindəki “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 1350,4 kvadratmetr, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 4129,4 kvadratmetrdir.
Qeyri-yaşayış sahələrinin 9-u paytaxtda, digərləri isə Sumqayıtda yerləşir. Hər bir investor üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 21,7 kvadratmetrdən 230,8 kvadratmetrə qədərdir. Ofis, xidmət obyekti və digər formada istifadəyə uyğun olan qeyri-yaşayış sahələrindən biri paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsindədir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 49,2 kvadratmetrdir.
Hərraca ölkə üzrə müxtəlif şəhər və rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri də çıxarılıb. Bu şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlar “Beyləqan Sənaye Kombinatı”, “Salyan broyler”, “Yevlax Təkrar Xammal” kimi dövlət əmlaklarıdır.
Özəlləşdiriləcək dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyən investorlar komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu elektron resurslar vasitəsilə onlayn sifarişlərin verilməsi və hərraclarda iştirak imkanları da təmin olunur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!