Qonşuluq şəraitində yaşamağa çalışmalıyıq .....                        Tramp Putinlə nələrdən danışdı... .....                        Güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq .....                        Paşinyan Qələbə Paradında iştirak edəcək .....                        İlham Əliyev “Euronews” televiziyasına müsahibə verdi - TAM MƏTN .....                        Gəncənin bombalanması əmrini ondan aldım - Araik ad çəkdi .....                        Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən nə vaxt çıxacaq? - AÇIQLANDI .....                        Konstitusiya Məhkəməsi ilə akademiya arasında memorandum - FOTO .....                        Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək .....                       
Tarix : 3-04-2019, 08:55
Niderlandda çıxan nüfuzlu jurnalda azərbaycanlı diplomatların məqaləsi dərc olunub
Niderlandda nəşr edilən nüfuzlu “Təhlükəsizlik və insan haqları” (Security and Human Rights) jurnalının növbəti nömrəsində azərbaycanlı diplomatlar Tofiq Musayevin və Rövşən Sadıqbəylinin “BMT Nizamnaməsinin məqsədləri və prinsipləri: mənbələr, hüquqda və praktikada inkişaf və ATƏT regionunda birtərəfli ayrılma tələbləri kontekstində yanlış şərh” adlı məqaləsi dərc olunub.
Müəlliflər xalqların birtərəfli ayrılma yolu ilə təyini-müqəddərat hüququnun ATƏT regionunda uzanan münaqişələrə tətbiq edilə bilməsi barədə fikrini yeritmək cəhdlərini nəzərə alaraq, bu tədqiqatda belə nöqteyi-nəzərin tamamilə əsassız olduğunu inandırıcı şəkildə sübut edirlər.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə, ilk növbədə, danışıqlar prosesi və bu prosesdə dövlətlərin mövqeləri BMT Nizamnaməsinə uyğun olaraq hərtərəfli təhlil edilir. Müəlliflər bu qənaətə gəlirlər ki, həmin əsas sənəddə suveren dövlətin əhalisinin bir hissəsinin birtərəfli qaydada ayrılması təyini-müqəddərat hüququnun həyata keçirilməsi vasitəsi hesab edilmir.
Təyini-müqəddərat dedikdə birtərəfli ayrılma hüququnun nəzərdə tutulması BMT Nizamnaməsindən sonra qəbul edilmiş sənədlərdə, Beynəlxalq Məhkəmənin qərarlarında və bütövlükdə beynəlxalq praktikada da təsdiqini tapmır. Müəlliflər qeyd edirlər ki, müstəstəmləkəsizləşdirmə prosesi ilə əlaqədar olmayan sessiya ideyalarını tətbiq etmək, bununla da təyini-müqəddərat anlayışının əhatə dairəsini genişləndirmək cəhdləri beynəlxalq birlik tərəfindən ardıcıl surətdə və qətiyyətlə rədd edilib.
Üstəlik, 1975-ci il Helsinki yekun aktında və digər beynəlxalq sənədlərdə təyini-müqəddərat hüququnun həyata keçirilməsi BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid normalara riayət olunması tələbi ilə şərtlənir.
Bundan əlavə, müəlliflər müxtəlif hallara, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəblərinə, gedişinə və nəticələrinə istinad edərək xatırladırlar ki, beynəlxalq hüquqda təsbit olunmuş dəqiq mövqeyə görə təyini-müqəddərat iddiaları beynəlxalq hüququn imperativ normalarının, o cümlədən dövlətlərin ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin qadağan olunması kimi normaların kobud şəkildə pozulması ilə müşayiət olunarsa, bu halda həmin iddialar əsassızdır və onların hüquqi əhəmiyyəti yoxdur.
Müəlliflər qeyd edirlər ki, separatçı iddia və hərəkətlərin hüquqi və siyasi nəticələri sırasına onların kollektiv şəkildə tanınmaması, habelə güc tətbiq edilməklə yaranmış vəziyyətlərin saxlanmasına və təsbit olunmasına kömək edə biləcək dəstək göstərilməməsi də daxildir. T.Musayev və R.Sadıqbəyli məqalənin sonunda yazırlar: “Bu tədbirlər ATƏT regionunda uzanan münaqişələrə və onların nizamlanması proseslərinə beynəlxalq səviyyədə tətbiq edilmişdir və ardıcıl olaraq dəstəklənməlidir”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!