Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Mer və ailəsi rüşvətə görə saxlanıldı .....                       
Tarix : 17-04-2017, 19:52
Vitold Olejnik Sülh Platformasına qoşulub

Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Vitold Olejnik “Ermənistan-Azərbaycan Sülh Platforması”-na qoşulduğunu bəyan edib.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bəyanatda deyilir:

“Mən hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yeganə yoldur. Lakin bunu Ermənistan və Azərbaycan Respublikalarının ərazi bütövlüyü, suverenliyi, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində etmək zəruridir.

Avropa təşkilatı olaraq, biz bu dəyərləri bölüşür və beynəlxalq hüququn vacibliyini anlayırıq, buna görə də ATƏT-in Minsk Qrupu, BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Şurası və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən rəsmi bəyanat və qətnamələrə əsaslanan Platformanı dəstəkləyirəm. Bu səbəbdən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Bununla yanaşı, münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm.

Ermənilər və Azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıb. Lakin münaqişənin həll olunmaması nəticəsində bu xalqların bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb və bu böyük bir fəlakətdir. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm.

Biz ümid edirik ki, Ermənistan-Azərbaycan Sülh Platforması münaqişə vəziyyətində olan iki xalq arasında mehriban dostluq münasibətlərinin yaradılmasına öz töhfəsini verəcək və sədr olaraq bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm".


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!