Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 19-09-2019, 11:59
Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub
Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə “EU4Energy” proqramı çərçivəsində hazırlanmış “Azərbaycanın Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planı” layihəsinin Avropa İttifaqı, beynəlxalq təşkilatlar, bir sıra yerli və xarici dövlət qurumlarının nümayəndələri, eləcə də ekspertlərin iştirakı ilə müzakirəsi keçirilib.
Butov.az xəbər verir ki, Energetika Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazirliyin aparat rəhbəri Zaur Məmmədov ölkədə enerji təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi, ümumi daxili məhsulun enerji tutumunun azaldılması, ətraf mühitin qorunması, ölkə iqtisadiyyatının rəqabətədavamlılığının gücləndirilməsi, kommunal xidmətlərdə israfçılığın və xərclərin azaldılması üçün enerji resurslarından effektiv istifadənin vacib olduğunu deyib. Bildirilib ki, energetika sahəsində dövlət enerji siyasətinin tərkib hissəsi olaraq enerji resurslarından səmərəli və effektiv istifadənin təmin edilməsi, enerji resurslarından istifadənin müasir tələblərə və standartlara uyğunlaşdırılması üçün hüquqi bazanın yaradılması məqsədilə Energetika Nazirliyi tərəfindən Enerji Xartiyasının dəstəyi ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsi hazırlanıb və hökumətə təqdim edilib.
Z.Məmmədov bu istiqamətdə atılan addımların davamı olaraq Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının hazırlandığını və layihə üzrə İşçi Qrupun yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Enerji Xartiyası tərəfindən təqdim olunan Milli Fəaliyyət Planı ilə bağlı Tədbirlər Planının ilkin layihəsi hazırdır və bugünkü müzakirələrdə rəy və təkliflər öyrəniləcək.
“EU4Energy” layihəsinin meneceri Bilyana Çobanova Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdən danışaraq energetika sahəsində birgə əməkdaşlığı yüksək qiymətləndirib və Milli Fəaliyyət Planının əhəmiyyətindən, eləcə də 2020-2025-ci illər üzrə həyata keçirilməsi nəzərdə tutulan enerji effektivliyinə dair qənaət tədbirlərinin vacibliyindən bəhs edib.
İclasda xarici ekspertlər tərəfindən Milli Fəaliyyət Planı ilə bağlı Bolqarıstan və Türkiyə təcrübəsi diqqətə çatdırılıb, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sektorlarda enerji istehlakında səmərəlilik tədbirləri, gələcək hədəflər, enerjinin idarə olunmasına dair öhdəliklər barədə məlumat verilib. Tədbirdə, həmçinin təbii qaz, elektrik enerjisi, istilik enerjisi istehsalı, ötürülməsi və paylanması, sənaye, enerji istifadə məhsulları, yaşayış, kommersiya və ictimai binalar, nəqliyyat, kənd təsərrüfatı sektorları üzrə enerji effektivliyi tədbirlərinin müəyyən edilməsi ilə bağlı İşçi Qrupun təklifləri nəzərdən keçirilib.
Yekunda Milli Fəaliyyət Planı layihəsi üzrə növbəti atılacaq addımlar və görüşlərin keçirilməsi razılaşdırılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!