İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 26-12-2018, 09:04
Nazir kollegiya iclasında tapşırıqlar verdi
Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
Butov.az xəbər verir ki, Nazirlikdən Modern.az-a bildirlib ki, energetika naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə cari ildə energetika sahəsində əldə olunan nailiyyətlərdən danışıb, bu sahədə aparılan əsaslı islahatlardan bəhs edib. Energetika Nazirliyinin il ərzində gördüyü işləri və dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı son vəziyyəti diqqətə çatdırıb. Bildirilib ki, 2018-ci il mühüm enerji layihələrinin başa çatması, yeni sazişlərin imzalanması, eləcə də elektroenergetika və bərpa olunan enerji sahəsində mühüm tədbirlərlə yadda qalıb. Energetika Nazirliyinin hazırda həyata keçirdiyi islahatyönümlü tədbirlər, layihələr və hazırlanan yeni qanunlar isə yaxın gələcəkdə energetika sektorunda, bərpa olunan enerji sahəsində köklü dəyişikliklərə imkan yaradacaq.
İclasda Energetika Nazirliyinin neft-qaz, elektronergetika, bərpa olunan enerji, enerji səmərəliliyi sahələri, strateji yol xəritələri üzrə fəaliyyətinə və beynəlxalq əməkdaşlığa dair hesabatlar dinlənilib. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dair məsələlər müzakirə edilib.
Yekunda 2019-cu ildə görüləcək işlər, qarşıda duran vəzifələr nəzərdən keçirilib və müvafiq tapşırıqlar verilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!