AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Əliyar Ağayevə cəza verildi .....                        Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var .....                        Sabah 18 kənddə işıq olmayacaq .....                        Fidan Əraqçi ilə danışdı .....                        Prezidentin Gürcüstan səfəri başa çatdı .....                       
Tarix : 19-09-2019, 14:38
FHN 168 binanın istismarına müsbət rəy verdi - RƏSMİ

Sentyabrın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” ölkə başçısının 19 fevral 2019-cu il tarixli Fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.
Butov.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Sahib Quliyev, “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəis müavini Orxan İsayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.
İclasda Fərmandan irəli gələn məsələlərin icra vəziyyəti müzakirə olunub. Bildirilib ki, hazırda işlər Fərmanla müəyyən olunmuş zaman çərçivəsinə uyğun həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində ümumilikdə müayinə nəticələri müsbət olan 243 binadan (kompleksdən) ümumi sahəsi 2873089 m2 olan 28443 mənzilli, 497 girişli 168 binaya (kompleksə) dair müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!