Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 7-10-2019, 12:02
Azərbaycan və Özbəkistan dövlət xidmətləri sahəsində əməkdaşlıq edəcək

3-6 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında işgüzar səfərdə olub.
Səfərin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması və ikitərəfli əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi olub.
Sözügedən Memorandum 4 oktyabr tarixində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyinin direktoru Xəlilillo Turaxujayev tərəfindən imzalanıb.
Anlaşma Memorandumu Azərbaycanın “ASAN xidmət” modeli əsasında Özbəkistan Respublikasında Dövlət Xidmətləri mərkəzlərinin yaradılmasını, müvafiq mərkəzlər üçün şəxsi heyətin hazırlanmasını, Azərbaycana və Özbəkistana tanışlıq səfərlərinin, habelə “ASAN xidmət” mərkəzlərində stajkeçmə və təcrübə proqramlarının, təlimlərin təşkilini nəzərdə tutur.
Müvafiq əməkdaşlıq çərçivəsində dövlət xidmətlərinin göstərilməsi və səmərəli idarəetmə mexanizmləri sahəsində vəziyyətə dair müxtəlif təbdirlər təşkil olunacaq. Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların tətbiqi, insan resursları bacarıqlarının artırılması, habelə dövlət xidmətləri göstərən mərkəzlərin işinin idarə edilməsi, könüllülük, Səyyar ASAN xidmət sahəsində məsləhətləşmələr və mütəxəssis dəstəyi həyata keçiriləcək, beynəlxalq və ictimaiyyətlə əlaqələr istiqamətində strategiyalar, PR alətləri işləniləcək.
Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Özbəkistan Respublikasının Ədliyyə naziri Ruslanbek Davletovla görüşüb.
Görüşdə son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət idarəetməsi sahəsindəki islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu təcrübəsi, dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqi müzakirə edilib. Həmçinin bu sahənin təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Özbəkistan Respublikası Prezidenti yanında Layihələrin İdarəolunması Agentliyi və Buxara şəhəri Dövlət Xidmətləri mərkəzinin fəaliyyəti ilə tanış olub və dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində bir sıra səmərəli görüşlər keçirilib.
İkitərəfli görüşlər zamanı Dövlət Agentliyinin sədri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Əlavə olaraq qeyd edilib ki, Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə Azərbaycanda Biirləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu keçirilib və Forum çərçivəsində Azərbaycan rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.
Azərbaycan və Özbəkistan dövlət xidmətləri sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Özbəkistan dövlət xidmətləri sahəsində əməkdaşlıq edəcək


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!