“Solo gənclik” layihəsinə start verilir .....                        İlham Əliyevdən Ağdam paylaşımı .....                        Fatma Mahmudova beyin infarktı keçirib .....                        Ukrayna Rusiyanı bu silahla ilk dəfə vurdu .....                        Kərim Vəliyev Pakistanda marşalla görüşdü .....                        İmran Xan azadlığa buraxıldı .....                        Ağdam sakinlərə şad xəbər - Köç bu tarixdə başlayacaq .....                        Avtobus zolaqlarına girənlər cəzalandırıldı .....                        QHT sədri ilə müsahibə .....                       
Tarix : 25-11-2019, 12:22
“UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği”adlı layihənin sonuncu təlimi keçirilib

15 noyabr 2019-cu il tarixdə 202 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcək Naminə” vətəndaş cəmiyyətininin inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği layihəsinin sonuncu təlimi keçirilib.
Butov.az-a verilən məlumata görə, təlimdə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliğiadlı layihənin təlimçisiVüsal Ömərov,202 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər şagird iştirak etmişlər.
Çıxış edən UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliğiadlı layihənin təlimçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz nümunələri olan xalçaçılıq sənətinin və kəlağayılarımızın yeniyetmə və gənclər arasında təbliğatını aparmaq, yeniyetmə və gənclərimizi xalçalarımızın və kəlağayılarımızın tarixi və bu günü haqqında maarifləndirməkdən və onların bu istiqamətdə fikir və biliklərinin daha formalaşaraq möhkəmlənməsi üçün rəsm və inşa müsabiqələri təşkil etməkdən ibarətdir. Təlimçi qeyd etdi ki, kəlağayı örtmə ilə əlaqədar da xalqımızın öz qayda-qanunları olmuşdur. Belə ki, gəlinlər ağ, gənc qızlar soğanı, ortayaşlı qadınlar zoğalı və innabı, ahıl və ağbirçəklər üçün isə tündrəngli kəlağayılar münasib sayılmışdır. Yas mərasimlərində isə yaşından asılı olmayaraq, bütün qadınlar qara kəlağayı örtmüşlər. Kəlağayı örtmək səhiyyə-sağlamlıq baxımından da xeyirlidir. Dumana, tüstüyə, toza və ya pis qoxuya rast gəldikdə qadın kəlağayısı ilə üzünü örtməklə bunların nəfəs yoluna daxil olmasının qarşısını alır. Kəlağayıya el-oba arasında rəğbət bəslənməsinin səbəblərindən biri də onun çətin zəhmətlə hasil edilməsidir. Ata-baba ustadların dediklərinə görə, “kəlağayını ərsəyə gətirmək evə təzə gələn gəlinin nazını çəkməkdən ağırdır”. Çünki kəlağayının hazırlanması bir neçə mərhələdən keçməklə uzun zaman tələb edir. Birinci mərhələ kəlağayının sapının istehsalıdır. Kəlağayı üçün çox nazik ipək sap tələb olunur. Bir qram nazik sap 10-12 baramadan alınır. Əvvəlcə kəlağayılıq məhsul dəzgahda toxunur, daha sonra qayçı ilə 150-160 santimetr ölçüdə doğranır. Sonra onu soda qatılmış suda 20-30 dəqiqə qaynadırlar. Kəlağayını 2-3 dəfə soyuq suda yaxalayır, yüngülcə sıxır, asaraq qurudurlar. Qurutduqdan sonra naxışlama işi başlanır.
Sonra təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Sonda təlimdə fəal iştirak edən bir qrup şagird “Gələcək Naminə” vətəndaş cəmiyyətininin inkişafına dəstək ictimai birliyi tərəfindən hazırlanmış sertifikatlar ilə təltif olunmuşlar.
“UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği”adlı layihənin sonuncu təlimi keçirilib
“UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği”adlı layihənin sonuncu təlimi keçirilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!