Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 8-01-2020, 14:28
617 nəfərin deputatlığa namizədliyi qeydə alındı
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 namizəd müraciət edib.
Butov.az Publika.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 2149 nəfəri isə imza vərəqələrini artıq götürüb. 1041 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 617 nəfər qeydə alınıb.
Qeydə alınan 617 nəfərdən 322-i 20 siyasi partiyanı təmsil edir “Bu, bir yerə 5 nəfərə yazın namizəd deməkdir. Qeydə alınan namizədlərdən 149 nəfəri 14 siyasi partiyanın siyahısı üzrə irəli sürülüb. 6 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 462 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Ümumilikdə, 617 namizəd arasında 24 siyasi partiyaya mənsub olanlar var”.
MSK sədri onu da bildirib ki, namizədliyin qeydə alınması üçün müddət yanvarın 10-da başa çatacaq: “Yanvarın 10-u, saat 18:00-dək sənədlər DSK-lara qaytarıla bilər. Hesab edirəm ki, bu rəqəmlər indiyədək olan rekord rəqəmlərdir. Bu günün rəqəmləri bura daxil deyil. Yanvarın 17-i, saat 18:00-dək DSK-ların vaxtı var ki, imza vərəqlərini doldurub təqdim etmiş şəxslərin namizədliyini qeydə alısınlar”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!