Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 14-12-2020, 15:49
Ombudsman beynəlxalq təşkilatlara müraciətlər edib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) “COVID-19 və hərbi vəziyyət dövründə insan hüquqlarının müdafiəsi və təbliği” mövzusunda 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş onlayn konfrans təşkil edib.
Butov.az xəbər verir ki, Ombudsman Aparatından Azvision.az -a bildiriblər ki, konfransda BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai, BMT-nin ali komissarlığının Cənubi Qafqazdakı Ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov, Təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Səhiyyə nazirinin müavini Viktor Qasımov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni məruzə ilə çıxış ediblər.

Ombudsman çıxışında İnsan Hüquqları Gününün tarixinə nəzər salaraq, insan hüquqları sahəsində əsas sənəd kimi qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən danışıb, dünya ölkələrinin konstitusiyalarında hüquq və azadlıqların bu Bəyannaməyə istinadla təsbit edildiyini söyləyib. Ombudsman Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi bəyan edildiyini vurğulayıb.

Konfransdakı çıxışların mövzuları COVID-19 pandemiyası dövründə müxtəlif sahələrdə yaranan çətinliklər və onların həlli istiqamətində görülmüş işləri əhatə edib. Çıxış edənlər pandemiya ilə yanaşı ölkəmizdə sentyabrın 27-dən hərbi vəziyyətin də qüvvədə olduğunu xatırladaraq, təhsil, sağlamlıq, qadın və uşaq hüquqlarının təmini məsələlərinə toxunmaqla ölkəmizdə bu həssas dövr ərzində formalaşmış yeni təcrübələri müzakirə ediblər.

Ombudsman konfransın yekununda pandemiya və hərbi vəziyyət dövründə insan hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilmiş fəaliyyət barədə məruzə ilə çıxış edib. COVID-19 dövründə insanların müraciətləri, xüsusən həssas əhali qruplarının problemlərinə daha diqqətli yanaşılmalı olduğu vurğulanıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yeni növ koronavirusun pandemiya elan edilməsindən sonra ombudsmanın bu barədə əhaliyə, müvafiq orqanlara müraciət və tövsiyələr ünvanladığı qeyd edilib. Ombudsman Aparatında pandemiya ilə bağlı insanların canlı qəbulu dayandırılsa da, müraciətlərin qəbulunun davam etdiyi və bunun üçün yeni imkanlar yaradıldığı qeyd edilib. Səbinə Əliyeva, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə başçəkmələr zamanı pandemiya dövründə ölkədə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə riayət edilməsinin monitorinqinin aparıldığını, şəxslərin sağlamlığının qorunmasına diqqətin artırılması ilə bağlı tövsiyələr verildiyini bildirib.

44 günlük müharibə dövründə də ombudsmanın fəal iş apardığı, Ermənistanın müharibə cinayətlərinin hədəfinə çevrilmiş şəhər və rayonlarımızda faktaraşdırıcı missiyalar həyata keçirildiyi, dünya ictimaiyyətinə faktların çatdırılması və zərərçəkmiş mülki insanlara münasibətdə davam etdirilən fəaliyyət nəzərə çatdırılıb. Ombudsman həmin dövr ərzində qeyd edilənlərlə bağlı beynəlxalq ictimaiyyətə çoxsaylı bəyanat və müraciətlər, faktaraşdırıcı missiya hesabatları ünvanlandığını qeyd edib. Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq qadağan edilmiş silahlardan istifadə və mülki əhalinin hədəfə alınması, hərbi əsirlərlə rəftar qaydalarının pozulması, muzdlular və terrorçu qruplaşmalardan istifadə edilməsi, ekoloji terror törədilməsi, dini-mədəni abidələrin dağıntılara məruz qalması mövzularında ombudsmanın beynəlxalq təşkilatlara müraciətlər etdiyi bildirilib.

Sonda Səbinə Əliyeva ənənəvi olaraq hər il ombudsman tərəfindən 10 dekabr tarixinə həsr edilən “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları və “Mən və hüquqlarım” uşaq rəsm müsabiqələrinin nəticələri barədə məlumat verərək bu ilki müsabiqəyə təqdim edilmiş işlərin böyük əksəriyyətinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmış Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması, bununla da beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi və bir milyona yaxın məcburi köçkünün hüquqlarının təmin edilməsi mövzusuna həsr olunduğunu diqqətə çatdırıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!