Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 6-02-2020, 14:22
Ombudsman Aparatının əməkdaşları gender bərabərliyi mövzusunda keçirilmiş təlim kursunda iştirak ediblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları - Elmi-analitik sektorun baş məsləhətçisi Lamiyə Zeynalova, Mülki və siyasi hüquqların müdafiəsi sektorunun böyük məsləhətçisi Aysel Yaqubova 30-31 yanvar 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə gender bərabərliyi mövzusunda keçirilmiş təlim kursunda iştirak ediblər.
Butov.az xəbər verir ki, Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, təlim çərçivəsində gender əlifbası, gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının müdafiəsi, milli qanunvericilikdə gender məsələləri və qadın hüquqları, beynəlxalq sənədlərdə gender və s. mövzularda təqdimatlar olub, qrup işləri aparılıb və nəticələr müzakirə olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətində gender məsələləri və qadın hüquqlarının müdafiəsi prioritet məsələlərdəndir. Ombudsman bu sahədə işini Pekin Fəaliyyət Platformasının 12 istiqaməti üzrə aparır.
Tədbirdə qeyd edilib ki, bu cür təlimlərin keçirilməsi kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılmasının əhəmiyyətinin diqqətə çatdırılması baxımından önəmlidir.
Sonda təlim iştirakçıları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunublar.


Paylaş



Bölmə: Xəbər / Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!