“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 8-02-2021, 16:46
TƏBİB 85 minaaxtarana kurs keçib
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşkilatçılığı ilə “Göygöl Olimpiya Kompleksi”ndə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin təlimlərə yeni cəlb edilən 85 nəfərdən ibarət mina axtaranlar qrupuna nəzəri və praktiki iki hissədən ibarət “İlk yardım kursu (Basic Life Support)” keçirilib.

Butov.az "Report"-a istinadən xəbər verir ki, təlimin ilk hissəsində TƏBİB-in şöbə müdirləri - Emil İskəndərov, Qasım Əmrahlı və Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) direktor müavini Rüstəm Talışinski “İlkin Yaşam Dəstəyi”, “Qanaxmalar, sınıqlar, çıxıqlar, ilan sancması zamanı ilk yardım”, “Yaralıların təxliyyə prinsipləri” mövzularında mühazirələr oxuyub.

Daha sonra Elmi Cərrahiyyə Mərkəzinin əməkdaşları - Toğrul İbarhimov, İlham Budaqov, Elvin Məmmədov, Vüqar Behbudov, ETTOİ-nin əməkdaşları - Xəyal Dostuyev, Seymur Quliyev, İlham Şıxbabayev tərəfindən maniken və mulyajlar üzərində praktiki təlimlər verilib.

Sonda təlim iştirakçılarının qazandıqları nəzəri və praktiki bacarıqlar test sistemi vasitəsilə qiymətləndirilib.
Qeyd edək ki, Agentliyin Təlim Tədris mərkəzinin rəhbərliyi və iştirak edənlər tərəfindən təlim proqramı yüksək dəyərləndirilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!