İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 12-08-2021, 19:44
Şəhid gizir Aqil Məlikovun xatirəsi anılıb

Bu gün şəhid gizir Aqil Məlikovun anadan olmasının 31-ci ildönümüdür.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, 1990-cı il avqustun 12-də Masallının Böyük Xocavar kəndində doğulan Aqil Məlikov əsgəri xidməti başa vurduqdan sonra yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə qayıtmışdı. Aqilin ən böyük arzusu işğal altında olan torpaqlarımızın erməni tapdağından xilas olunmasında iştirak etmək, üçrəngli bayrağımızı torpaqlarımıza sancmaq idi. Elə bu amal uğrunda da canını fəda edərək şəhidlik zirvəsinə yüksəldi.
Torpağa tapşırıldığı kənd qəbiristanlığında keçirilən anım tədbirində rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak edib. Tədbirdə çıxış edənlər şəhid Aqil Məlikovun ömür yolundan, döyüş meydanında göstərdiyi şücaətdən danışıblar. Qeyd olunub ki, xidmət etdiyi müddət ərzində onun sayıqlığı sayəsində dəfələrlə düşmənin təxribat qrupunun mövqelərimizə hücumunun qarşısı alınıb. Onun son uğurlu döyüşləri isə 2016-cı ilin aprelində olub. Aqil Məlikov Lələtəpə yüksəkliyinin düşməndən azad olunmasında böyük şücaət göstərib. Lakin elə həmin ilin noyabr ayında Füzuli rayonunun Alxanlı kəndində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!