Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 22-04-2015, 17:01
“Qondarma erməni genosidi” – tarixi yalan

Bu gün “Qondarma erməni genosidi”nin 100 illiyi ilə əlaqədər Hərb Tarixi muzeyində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dəstəyi ilə birgə dəyirmi masa təşkil olunub. Əvvəlcə keçən əsrdə erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi soyqırımı qurbanları və torpaqlarımızın bütövlüyü, azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dəyirmi masada müzakirə olunan “erməni millətinin yalan dolu yüzillik tarixi” və “qondarma erməni soyqırımı” mövzularını əhatə edən giriş nitqi söyləyən muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə vurğuladı ki, tarixin müəyyən zamanlarında erməni millətçiləri həyata keçirdikləri terror fəaliyyətlərini guya nə vaxtsa onlara qarşı edilmiş “genosid”in intiqamı kimi pərdələməyə çalışmışlar. Lakin onu da bilmək lazımdır ki, genosidə məruz qalan bir xalq heç vaxt başqa xalqlara qarşı genosid siyasəti həyata keçirməz. Nəticədə, bu onu göstərir ki, onlar genosidə məruz qalmayıblar.
“Qondarma erməni genosidi” – tarixi yalan

Dəyirmi masada “Qondarma erməni genosidi”nin 100 illiyinin keçirilməsi ərəfəsində Avropa parlamentində tarixi yalan haqqında qətnaməyə münasibət bildirilərkən qeyd olundu ki, uzaq keçmişdə baş verən həqiqətlərə etinasızlığın bariz nümunəsi olan və antimüsəlman, antitürk ovqatından qaynaqlanan bu qərar reallıqdan çox uzaq olub, bu onu göstərir ki, ikili standartların daha bir nümunəsidir. Tarixdə heç bir erməni soyqırımının baş vermədiyini elmi həqiqətə sadiq olan Qərb alimləri özləri çoxdan sübuta yetirmişlər. Lakin buna baxmayaraq, müəyyən maraqlar naminə belə saxta qərar qəbul edildi.
“Qondarma erməni genosidi” – tarixi yalan

AMEA-nın Tarix İnstitutunun yeni tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun xarici ölkə arxivlərindən əldə etdiyi sənədlərə, zəngin faktlara söykənən ətraflı çıxışı tədbir iştirakçılarında böyük maraq doğurdu: “Əslində tarix sübut edir ki, XX əsrin ikinci yarısında Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərinin bir hissəsini tutub “Böyük Ermənistan” və ya “Dənizdən dənizə dövlət” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bu yolda bütün vasitələrdən istifadə etmişdir. Artıq iki əsrdir ki, məkrli və qaniçən erməni cəlladları Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeritmiş, soydaşlarımızı qətlə yetirmiş, repressiya və deportasiyaya məruz qoymuş, etnik təmizləmə siyasəti həyata keçirmiş, ərazilərimizin bir hissəsini işğal etmiş və bu gün də yeni ərazilər tutmaq fikirlərindən əl çəkməmişlər. Nəticədə, xalqımız ağır mərhumiyyətlərlə, milli faciə və məşəqqətlərə məruz qalmışlar”.
Müzakirələr zamanı muzey əməkdaşlarının çıxışları da dinlənilib. Sonda “Qondarma erməni soyqırımı” mövzusunda tədbirlərin ilboyu keçirilməsinin zəruriliyi xüsusi qeyd olunub.
Lalə HÜSEYNOVA


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!