"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 2-07-2022, 10:22
“Vətəndaş hüquqlarının təmin edilmədiyi cəmiyyətdə inkişafdan və əmin-amanlıqdan danışmaq absurddur” - Gülşən Məmmədoğlu

“İnsan Hüquqları və Qanunların Təbliği” İctimai Birliyinin sədri Gülşən Məmmədoğlu ictimaiyyətə müraciət edib. Butov.az xəbər verir ki, müraciətdə deyilir:

"Bu müraciətim, vətəndaş cəmiyyəti təşkilatlarına, media mənsublarına və bütün həmvətənlərimizə, sadə azərbaycanlıyadır.

Təxminən 2 həftə bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri kiçik Sahibkarlarla İş üzrə Baş idarəsindən rəhbərlik etdiyim İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyinə Vergi məcəlləsinin 33.4, 34.3 və 58.2-ci maddələrinə uyğun olaraq maliyyə sanksiyası (40 manat cərimə) tətbiq edilmişdi.

Bu maddələrdən çıxarışa görə hər hansı qurum (qeyri-kommersiya təşkilatı) Ədliyyə Nazirliyində qeydiyyata alındığı vaxtdan 30 gün müddətində vergi ödəyisi kimi vergi uçotuna alınmaq üçün müvafiq idarəyə müraciət etmirsə ona avtomatik cərimə kəsilir.

Bununla bağlı feysbuk səhifəmdə İqtisadiyyat Nazirliyini tağ edib paylaşmaqla yanaşı, həm də elekton müraciət və e-mail vasitəsilə birbaşa Nazirin özünə şikayət ünvanladım və Vergilər məcəlləsinin müvafiq maddələrində verilmiş şərtləri göstərməklə Birliyə tətbiq edilmiş maliyyə sanksiyasının əsassız olduğunu bildirdim.

Sanksiyanın əsassızlığını göstərən fakt isə ondan ibarət idi ki, Ədliyyə Nazirliyi İctimai Birliyi 19 aprel 2022-ci il tarixində qeydiyyata alsa da, bununla bağlı bildirişi mənə 24 gün sonra, vaxtın bitməsinə cəmi 6 gün qalmış – yəni, 13 may 2022-ci il tarixində göndərmişdi. Bu səbəbdən vergi uçotuna alınmaq üçün müraciətin tarixi də adekvat olaraq 13 iyuna qədər uzadılmalıydı. Ancaq buna baxmayaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri kiçik Sahibkarlarla İş üzrə Baş idarəsi maliyyə sanksiyasını qeyri iş günü olan bazar günündə aktlaşdıracaq qədər zirək tərpənmişdi.

Məsələ burasındadır ki, Ədliyyə Nazirliyi kimi Vergilər İdarəsindən də təqdim edilən cərimə aktı və bu barədə bildiriş unvanıma iş-işdən keçəndən sonra təqdim olunub. Qurumun qeydiyyata alınması ilə bağlı bildirişin mənə təqdim olunmasından yəni, 13 maydan başlayaraq tələb olunan prosedurları və sənədləri sürətlə təşkil edib Baş Vergi İdarəsinə müraciəti 25 may 2022-ci il tarixinə həmən çatdıra bilmişdim. Elə həmin gün də idarədə baxılıb və maliyyə sanksiyasının tətbiq ediləcəyi barədə xəbərdarlıq yazılıb, sonra da maşallah olsun, “operativcəsinə” 29 may tarixində, yəni, qeyri-iş günü olan bazar günündə aktlaşdırılıb. Lakin bütün bunlar hamısı ünvanıma iyun ayının 6-dan sonra gəlib çatıb.

Nə isə, müraciətimin üzərindən 2 gün keçdikdən sonra İqtisadiyyat Nazirliyinin müvafiq idarəsindən zəng gəldi və qeydiyyatla bağlı Ədliyyə Nazirliyindən gələn bildirişin vaxtı haqqında xüsusi təsdiqləyici sənəd təqdim etməyim istənildi. Ləhcə ilə danışıb səmimi irtibat libası geyinməyə çalışan əməkdaş isə ara yerdə gülə-gülə üstüörtülü ironiya ilə 40 manata görə həm özümü, həm də onları əziyyətə salmağın dəyməzliyi haqda mənə "soft" təzyiq göstərməyə çalışdı. Əlbəttə, bu "səmimiyyətə" görə borclu qalmadım, cavabını öz tərzində verib, hüququn və qanunun aliliyi prinsipindən çıxış edərək söylədiklərinə peşman elədim və tez rəsmi danışıq qaydasına keçib cümlələrinə çəki düzən verməli oldu.

Düşünürəm ki, dövlət qurumunda rəsmi vəzifə daşıyan şəxsin vətəndaşa münasibəti, ünsiyyət formulu, danışıq tərzi həmin qurumda labüd olan abu-həvanı, formalaşmış idarəçilik siyasətini və muhitini göstərən ən dəqiq mizahdır, sözsüz ki..

Beləliklə, Ədliyyə Nazirliyinə rəsmi müraciət edərək istənilən təsdiqləyici sənədləri alıb təqdim elədim (şəkildə görünən fotolardan biri həmin sənəddir). Sənədi təqdim etdikdən sonra isə başqa bir əngəl çıxarmağa çalışdılar ki, bəs sənəd "Asan imza" yolu ilə, ancaq elektron kabinet vasitəsi ilə göndərilməlidir. Nə isə, bunu da həll elədik, artıq bir bəhanə qalmadı.

Beləliklə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlarla İş üzrə Baş İdarəsi İnsan Huquqları və Qanunların Təbliği İctimai Birliyinə kəsdiyi cəriməni ləğv etməli oldu.

Bu əməliyyat prosesində müşahidəm bu oldu ki, əksər dövlət qurumları hələ də yata-yata işləyir və bir sıra qanunlar isə konkret cərimə-pul tələsidir, dövlətçiliyin və vətəndaşın əleyhinə yönəlib.

Diqqətimdədir ki, feysbuk səhifəmdə bu barədə xəbəri ilk dəfə paylaşanda təcrübəli, stajlı QHT mənsublarından bir çoxu adiləşmiş hal kimi illərdir bu cərimə tələsində təyin edilmiş "rüsumu" ödəyib fəaliyyətlərinə bismillah etdiklərini yazdılar. Hətta, “bu məsələni qanuni yolla həll edə bilsən insan hüquqları və qanunlar müstəvisində çalışa biləcəksən” – deyə, ümidsiz reaksiya verənlər daha çox olmuşdu.

Əziz dostlar, bunu yazmaqda və ictimailəşdirməkdə məqsədim “qalibiyyət təntənəsi”ni elan etmək deyil, cəmiyyətdə çoxlarının yaşadığı, bəlkə də QHT-lərin 90 % -nin başına gətirilən bu durumun həlli yoluna işıq salmaqdır.

Bütün vətəndaşlara, bütün azərbaycanlılara xitabən müraciət edirəm.

Əziz və sevgili həmvətənlərim, gəlin qarşımıza çıxarılan əngəllər qarşısında təslim olmayaq. Qarşımıza hər hansı maneə qoyularsa, qanunlardan və hüquqlarımızdan maksimum yararlanıb öz haqqımızı almaq üçün sonunadək mücadilə edək.

Bilirəm, çoxunuz düşünəcəksiniz ki, onsuz da xeyri yoxdur. Düzdür, dünənə qədər bu kimi məsələlərin həllində aparılan mübarizələr nəticəsiz olurdu. Nə qədər cəhd edirsən et, hansı dövlət instansiyasına şikayət et, zərrə qədər xeyri olmurdu. Məsələnin həlli, sonda ya pula, ya da hər hansı xüsusi tapşırığa bağlanırdı.

Ancaq son illər internetin imkanları, sosial şəbəkələrin formalaşması nəticəsində cəmiyyətin qismən aktivləşməsinə görə vəziyyət əvvəlki ilə müqayisədə nisbətən dəyişməli olub. Artıq yetərli olmasa da, hüquqlarını araşdırıb öyrənən müəyyən kəsim və şüurlu etiraz elektroratı formalaşıb.

Ümid edir və inanıram ki, dünyada və regionda baş verən hadisələr fonunda ölkəmizdə labüd olacaq dəyişikliklər ilə bu şüurlu kəsimin əhatə dairəsi getdikcə genişlənəcək və məhz vətəndaş aktivliyi nəticəsində qanunların doğru tətbiq edildiyi, hüququn sadəcə sənədləri bəzəyən gəlişigözəl söz deyil, ali dəyər, ləyaqət etalonu olduğu ölkəni, münasibətlər sistemini formalaşdıra biləcəyik.

Yaşadığımız illər onu göstərir ki, bizim başqa secimiz yoxdur, mütləq şəkildə maariflənməli, cəsarətlənməli və aşağıdan yuxarıya istiqamətlənmiş zəncirvari proseslə dəyişimi bacarıb, ləyaqətli həyatı qazanmalıyıq.

Bunun üçün qanunları araşdırıb, hüquqlarımızı bilib əməl və tələb etmək ən birinci addımımızdır. Vətəndaş hüquqlarının təmin edilmədiyi cəmiyyətdə inkişafdan və əmin-amanlıqdan danışmaq absurddur. Heç bir qanun vətəndaşın ləyaqətindən üstün olmamalıdır. Əgər üstündürsə, artıq, bu, təhdid, güc-zorba göstəricisidir, qanun və ya ölçü deyildir".





Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!