Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
Tarix : 7-08-2022, 18:50
Diaspor Gəncləri Şuşada blogerlərlə görüşüb


Diaspor Gəncləri Şuşada blogerlərlə görüşüb

Diaspor Gənclərinin Şuşa şəhərində keçirilən III Yay Düşərgəsi çərçivəsində Azərbaycanın tanınmış blogerləri ilə görüş keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd olunub ki, komitə sədrinin müşaviri Cahid Kazımovun moderatorluğu ilə aparılan görüşdə 365.az saytının baş redaktoru, bloger Kubra Məhərrəmova və influenser marketinq şirkətinin rəhbəri Aliyə Cəlil iştirak ediblər. Ata tərəfdən əsillərinin Şuşadan olduğunu söyləyən Kübra Məhərrəmova bildirib ki, diaspor gəncləri üçün düşərgənin mədəniyyət paytaxtımızda təşkil edilməsi çox mühüm hadisədir: “Dünyanın harasında olursunuzsa-olun, bu torpaqların dağı, daşı sizə hər zaman güc verəcək”. Vətən müharibəsi dövründə ölkəmizə qarşı aparılan informasiya savaşı zamanı müxtəlif təxribatlarla qarşılaşdıqlarını vurğulayan baş redaktor qeyd edib ki, bütün çətinliklərə baxmayaraq diaspor gənclərindən güclü dəstək alıblar: “Dünyanın dörd tərəfində yaşayan gənclərimiz bizim saytların yaydıqları informasiyaları “Qarabağ Azərbaycandır!”, “Azad Şuşa”, “Gəncə üçün dua et!” və sair həştəqlərlə sosial şəbəkələrdə dərhal paylaşırdılar. İnformasiya müharibəsində bu üstünlüyü siz bizə qazandırdınız”. Aliyə Cəlil qeyd edib ki, gənclərimiz döyüş meydanından və informasiya müharibəsindən alnıaçıq və üzüağ çıxdılar: “Həm səngərdə, hən də sosial media şəbəkələrində qalib gəldik. Buna görə hər birinizə təşəkkür edirəm”. Kübra Məhərrəmovanın “Mənə elə gəlir ki, ölkəmizdə ən güclü influenser cənab Prezident İlham Əliyev oldu. Bütün vətəndaşlarımız və dünyadakı azərbaycanlılar, hətta “Twitter”-də olmayan mən belə, onun səhifəsinə abunə olduq ki, baş verənlərdən dərhal xəbər tutaq” fikri düşərgə iştirakçılarının alqışları ilə qarşılanıb. Blogerlər diaspor gənclərini Azərbaycan həqiqətlərini məntiqlə və mütəşəkkil şəkildə təbliğ etməyə çağırıblar və bu istiqamətdə tövsiyələrini səsləndiriblər. Tədbir interaktiv sual-cavab formatında davam edib.



Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!