Biləsuvarda "Kalaşnikov" aşkarlandı .....                        Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi .....                        Nazirlik vəfat edən kursantla bağlı məlumat yaydı .....                        Bakıda daha 2 nəfər spirtdən zəhərlənərək öldü .....                        Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı artdı .....                        Deputatlar "Ana harayı" abidəsini ziyarət ediblər - FOTO .....                        Masazırda qəza oldu - Qaz kəsildi .....                        Xocalı soyqırımı qurbanları üçün 1 dəqiqəlik sükut .....                        Dövlət saytlarına kütləvi hücumlar edilir - RƏSMİ .....                       
Tarix : 10-06-2022, 10:20
Diaspor Gənclərinin Şuşada III Yay Düşərgəsi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Şuşa ili” çərçivəsində 2022-ci ilin 2-8 avqust tarixlərində Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi keçiriləcək.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsinə hazırlıq işləri artıq başlayıb.

Düşərgənin proqramına Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

Gənclər ilk növbədə Tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, bu mühüm platforma ətrafında bir araya gələrək, Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək və yeni dostlar qazanmaq imkanları əldə edəcəklər.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. İştirak xərcləri (yol xərcləri, viza, yerləşmə, qidalanma və s.) tam şəkildə qarşılanacaq.

Düşərgədə iştirak etmək üçün gənclər 28 iyun 2022-ci il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.

I və II Yay düşərgələrinin iştirakçılarının III Yay Düşərgəsində iştirakı nəzərdə tutulmur. Yay Düşərgələrinin diaspor gəncləri arasında böyük maraqla qarşılanmasını nəzərə alaraq, düşərgədə iştirak etmək istəyənlərə aşağıdakı elektron poçt ünvanı vasitəsilə vaxtında müraciət etmək tövsiyə olunur:


E-mail: [email protected]

Əlavə suallar yaranacağı təqdirdə, aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlamaq lazımdır:

Tel.: +994 12 493 10 54

Mob.; WhatsApp: +99450 762 25 95

Xatırladaq ki, Diaspor Gənclərinin “Cümhuriyyətin 100 illiyi” adlı I Yay Düşərgəsi 2018-ci ildə Şəkidə, “Nəsimi-650” adlı II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!