Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 4-07-2019, 11:21
51 ölkədən 120 gənc Azərbaycana gəlir
8-14 iyul tarixlərində Şamaxı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə Diaspor Gənclərinin II Yay Düşərgəsi keçiriləcək. Düşərgəyə seçim mərhələsi iyunun 12-də yekunlaşıb, artıq düşərgənin başlamasına az vaxt qalıb. Maraqlıdır, düşərgəyə nə qədər müraciət olub, hazırlıq işləri nə yerdədir?
Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev Modern.az-a bildirib ki, builki yay düşərgəsində təxminən xarici ölkələrdən 120 nəfər gəncin Azərbaycana gətirilməsi nəzərdə tutulub.
“Bu seçim 51 ölkədən həyata keçirilib. Ötən ilki yay düşərgəsi ilə ilə builki yay düşərgəsinin əsas fərqi odur ki, bu il daha çox ölkəni əhatə etməyə çalışmışıq. Bildiyimiz kimi, ötən il 38 ölkədən gənclər düşərgədə iştirak etmişdi, bu il isə 51 ölkədən seçim oldu. Bundan əlavə, biz builki seçimlər zamanı daha çox Azərbaycanda uzun müddət yaşamayan, heç Azərbaycana səfər etməyən gənclərə, yaşadıqları ölkələrdə xüsusi uğurlar qazanmış şəxslərə, eyni zamanda, diaspor sahəsində fəallıq göstərənlərə üstünlük vermişik.
İcraçı direktorun sözlərinə görə, bu il Çilidən, Kolumbiyadan, İslandiyadan azərbaycanlı gənclər müraciət edib, seçimlərdə uğur qazanıblar.
“Seçim prosesində gender bərabərliyinin qorunmasına çalışmışıq. Xanımlar və bəylərin sayları demək olar ki, bərabərdir. Eyni zamanda, uğur qazanmış gəncləri seçmişik. Xüsusi uğur qazanmış gənclərimizin içərisində startap keçirmiş və öz startaplarını biznesə keçirənlər də var. Yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal olan, dövlət orqanlarında çalışan gəncləri də seçməyə çalışmışıq. Elmin müxtəlif sahələri üzrə uğur qazanan gənclər də seçimdə üstünlük qazanıblar. Onların içərisində Google təqaüdü ilə təhsil alan şəxslər də var, eyni zamanda, bizim 10 minlərlə izləyicisi olan blogerlərimiz də var”.
Elşad Əliyev bildirib ki, Yay düşərgəsi üçün Dövlət Komitəsi qarşıya 3 istiqamət üzrə məqsəd qoyub.
“Birincisi, Azərbaycan gənclərinin şəbəkəsinin yaradılması, keçən ilki düşərgə zamanı da biz sosial şəbəkələr zamanı həmin gənclərlə əlaqə saxlayırıq. Bu il də əsas məqsədlərdən biri belə bir şəbəkənin yaradılmasıdır.
İkinci məqsədimiz xaricdə yaşayan azərbaycanlı gənclərə Azərbaycanı tanıtmaq və bu yolla onların yaşadıqları ölkədə ölkəmizi tanıtmalarına zəmin yaratmaqdır.
3-cü məqsədimiz isə, xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkənin həyatına inteqrasiya etmələri məsələsində onlara köməklik göstərməkdir”.
Müsahibimizin sözlərinə görə, Yay düşərgəsinin Şamaxı şəhərində keçirilməsi ölkə Prezidenti tərəfindən 2019-cu ili “Nəsimi ili” elan etməsi ilə bağlıdır:
“Buna görə biz Şamaxıya üstünlük verdik. İstirahət düşərgələri ilə maraqlandıq, amma bizə yalnız istirahət üçün deyil, təlim keçmək üçün də bir yer lazım idi. Buna görə Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə razılaşdıq. Düşərgə Şamaxı rayonunun Pirqulu kəndində yerləşir. Təlimdə Azərbaycanla bağlı iştirakçılara ətraflı məlumatlar veriləcək”.
Müsahibimiz bildirib ki, seçim prosesi başlayandan düşərə bitənə kimi Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının hamısı bu işə cəlb olunub:
“Çünki komitə əməkdaşları müxtəlif ölkələr üzrə fəaliyyət göstərir. Ölkələr üzrə kuratorlar öz ölkələrindən gələn şəxslərlə əyani şəkildə tanış olurlar, əyani şəkildə söhbət aparırlar. Sıra ilə də olsa, Komitənin bütün əməkdaşları düşərgədə iştirak edəcəklər”.
E.Əliyev deyib ki, düşərgənin iştirak xərcləri tam olaraq Azərbaycan dövləti tərəfindən qarşılanır:
“Hətta burada gediş-gəliş, vizaların alınması üçün rüsumlar, iştirakçıların sığortalanması, yemək və bütün məsələlər dövlət tərəfindən qarşılanacaq. Bundan əlavə, biz müxtəlif nazirliklərlə əməkdaşlıq edirik. Vergilər Nazirliyi bizim tərəfdaşımızdır, bizi yerlə təmin edib, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu ilə əməkdaşlıq edirik. Digər nazirliklərlə də əlaqə saxlayırıq. Viza məsələləri ilə bağlı Xarici İşlər Nazirliyi bizə çox köməklik edir”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!