Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 13-02-2019, 15:07
İƏT ölkələrinin Gənclərlə iş üzrə İlk Fəaliyyət Planı qəbul edildi
Bu gün Ciddədə öz işini bitirən İƏT Gənclər siyasəti üzrə Daimi komitəsinin iclasında İƏT tarixində ilk dəfə Gəncliyin inkişafı üzrə Hərtərəfli Fəaliyyət Planı layihəsi qəbul edildi.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, İƏT Baş Kaibliyində birinci iclasına toplanan Gənclik siyasəti üzrə Daimi Komitə ötən il Bakıda keçirilən İƏT Gənclər və İdman nazirləri (GİN) Konfransının qərarı ilə yaradılıb. İƏT GİN Şurasına sədrliyin Azərbaycana keçdiyi həmin konfransda qəbul edilmiş İƏT Gənclik Strategiyasının icrası üçün qeyd olunan Fəaliyyət planının hazırlanması qərara alınmışdı.
Komitənin işinə sədrlik edən AR XİN-in Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşad İskəndərov öz çıxışında qeyd etdi ki, ötən müddət ərzində Azərbaycanın Şuraya sədrliyi çərçivəsində AR Gənclər və idman Nazirliyi tərəfindən İƏT Baş Katibliyi və digər əlaqədar təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilərək İƏT tarixində ilk dəfə olaraq Gənclik sahəsində birgə Fəaliyyət planının hazırlanmasına nail olunmuşdur. Səfir daha sonra İƏT ölkələrində gəncliyin ən çoxsaylı və dinamik təbəqə olduğunu qeyd edərək belə bir əməli planın həm gəncliyin rifahı, eyni zamanda müsəlman ölkələrinin sabitliyi və inkişafı baxımından zəruri və mühüm olduğunu qeyd etmişdir. AR Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Azərbaycanın qabaqcıl gənclik siyasətinin müxtəlif şaxələri haqqında iclas iştirakçılarına məlumat verən Elşad İskəndərov ölkəmizin əldə etdiyi təcrübə və naliyyətləri, Gənclər Nazirlikləri konfransına sədrliyi müddətində qardaş ölkələrlə bölüşməyə hazır olduğunu bildirmişdir.
Daha sonra Planın müxtəlif sahələri üzrə keçirilən debatlar zamanı konkret təkliflər müzakirə edilərək planın layihəsi ümumilikdə qəbul edilmişdir. Plana əsasən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinə ev sahibliyi edən Azərbaycan, 2019-2020-ci illərdə İƏT Gəncliyinin inkişafına və İslam həmrəyliyinin gücləndirilməsinə yönəlik bir sıra tədbirə, o cümlədən bu ilin yazında İƏT ölkələri Gənc İş adamları və Start-up-lar Şəbəkəsinin Forumuna ev sahibliyi edəcəkdir.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!