Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 10-08-2022, 11:31
DOST Agentliyinin 4 illik fəaliyyəti müzakirə olunub

DOST konsepsiyası Prezident İlham Əliyevin 2018-ci ildə elan etdiyi islahatlar proqramının önəmli tərkib hissəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST Agentliyinin ötən dövr ərzində fəaliyyəti çox uğurlu olub.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST Agentliyinin 4 illik fəaliyyətinin müzakirəsinə həsr olunan iclasda bildirib.

DOST mərkəzlərində bir milyondan çox vətəndaş müraciəti üzrə xidmət göstərildiyini qeyd edən nazir həmin xidmətlərdən məmnunluq səviyyəsinin 98,1 faiz olduğunu qeyd edib.

Butov.az
xəbər verir ki, Əmək və Əhalinin Sosial Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev DOST mərkəzləri şəbəkəsinin ilbəil genişləndiyini, indiyədək Bakı şəhərini və Abşeron rayonunu əhatə edən 5 DOST mərkəzinin vətəndaşların istifadəsinə verildiyini bildirib. İşğaldan azad edilən ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanıldığını bildirən nazir artıq Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsinin istifadəyə verildiyini, bu istiqamətdə “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramının icra olunduğunu diqqətə çatdırıb.

Nazir DOST kosepsiyasının beynəlxalq müstəvidə də yüksək qiymətləndirildiyini, agentliyin beynəlxalq mükafatlara, İSO sertifikatlarına layiq görüldüyünü bildirib.

İclasda DOST Agentliyində xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər dinlənilib.

Müharibə iştirakçıları, onların ailə üzvləri, müharibə ilə əlaqədar zərər çəkmiş şəxslərin postmüharibə dövründə üzləşdikləri psixoloji fəsadların aradan qaldırılması, nazirliyin tabeliyində olan qurumların çağrı mərkəzlərinin 142 - Çağrı Mərkəzinə inteqrasiyası, "DOST indeks" qiymətləndirməsi metodologiyasının tətbiqi və digər məsələlərlə əlaqədar təqdimatlar edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!