Rusiya Zelenskini Moskvaya dəvət etdi .....                        Xətai sakinləri sabah susuz qalacaq .....                        Putin Suriya liderini hərbi qələbə münasibətilə təbrik etdi .....                        Bakıda oğurluq edənlər saxlanıldılar .....                        Dövlət Agentliyinin şirkəti borclanıb .....                        Ağsunun 2 kəndinə şad xəbər: su dərdi çəkməyəcəklər .....                        Məşhur hakim 4 881 manat pensiyadan narazıdır .....                        Tramp İrana xəbərdarlıq etdi: Növbəti hücum daha pis olacaq! .....                        Azərbaycanda 82 milyon 400 min manat əmlakın üzərinə həbs qoyulub - RƏSMİ .....                       
Tarix : 5-10-2022, 17:40
"Barışıqdan söhbət getmir, ciddi tədbir görülməsini tələb edirəm"- Döyülən şagirdin atası


"Barışıqdan söhbət getmir, ciddi tədbir görülməsini tələb edirəm"- Döyülən şagirdin atası

"Heç bir barışıq olmayıb, həmin şagirddən şikayətçiyəm". Bunu açıqlamasında 112 saylı orta məktəbin sinif yoldaşı tərəfindən şiddətə məruz qalan şagirdin atası Namiq Zeynalov bildirib. N.Zeynalov rəsmilərə müraciət edərək, məsələnin ciddi araşdırılmasını xahiş edib:"Deyirlər barışıq olub. Nə barışıq, hansı barışıqdan söhbət gedir?! Mənim övladım şiddətə məruz qalıb, psixoloji travma alıb, kim barışıb onlarla?!".
Valideyn övladının bu gün məktəbə getmədiyini diqqətə çatdırıb:"Amma dünən direktor oğlumu məktəbdə saxlayıb. Yoldaşım da məktəbə gedib. Daha sonra mənə zəng edib oğlumla ikisinin polis idarəsinə, prokurorluğa aparıldığını bildirdi. Direktor və polislə əlaqə qurmağa çalışdım. Sonra isə hər ikisi evə gəldi. Məktəbin direktoru Elm və Təhsil Nazirliyinə uşaqlarla söhbət aparıldığını və onların barışdıqlarını deyib". N.Zeynalov barışıqla qəti surətdə razılaşmadığını, işin sonuna qədər gedəcəyini vurğulayıb:"Nədənsə bu kimi məsələləri mənə bildirmirlər. Bilirlər ki, razılaşmayacağam. Mənə barışıq lazım deyil. Mən övladıma qarşı yol verilmiş zorakılıq hərəkətilə bağlı hüquq çərçivəsində tədbir görülməsini xahiş və tələb edirəm. Məsələnin üstündən keçilməyə çalışılır. Amma bu məni qane etmir, etməyəcək də. Videodan da aydın görünür ki, bu, ilk hadisə deyil". Valideyn rəsmilərin onun övladının digər şagirdi söyməsilə bağlı açıqlamalarına da münasibət bildirib:"Videoya baxın, o uşaq söyüş söyən birinə oxşayırmı? Mənim övladım tərbiyəli, oxuyan, hər şeyin yerini biləndir. Pandemiyaya qədər bütün qiymətləri əla olub. Pandemiyadan sonra dərslərdində nisbətən zəifləyib. Amma oğlum qətiyyən davakar, problemli uşaq deyil". Xatırladaq ki, 112 nömrəli tam orta məktəbin açıqlamasına görə, görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparıldığı söylənilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də Təlimə Dəstək Mərkəzinin psixoloqlarının da məktəbdə olduğu, uşaqlarla zəruri söhbətin aparıldığı, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsinin qərara alındığı bildirilib. Daxili İşlər Nazirliyi araşdırmalar nəticəsində şagirdlərdən birinin digərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbilə mübahisənin yarandığını açıqlayıb. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatlarının alındığı, xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertizanın təyin olduğunu qeyd edilib. Baş Prokurorluq isə işlə bağlı icraat başlandığını açıqlayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!