ABŞ məktəbində atışma: yaralılar var .....                        ABŞ məktəbində atışma: yaralılar var .....                        Nazirlər arasında ilk telefon danışığı .....                        Bakıda polisin tapdığı 10 min manatın sahibi məlum oldu .....                        "Yaxında edam hökmü icra olunacaq” .....                        Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı .....                        Nazirdən məktəb direktorlarına tapşırıq .....                        Ərdoğan göz yaşlarını saxlaya bilmədi - FOTO .....                        Dəhşətli yanğında ölənlərin sayı 79-a çatdı .....                       
Tarix : 9-04-2019, 14:43
Məktəbdə zarafat şagird ölümünə səbəb oldu

Bir müddət öncə Bakıdakı 123 nömrəli məktəbə baş vermiş hadisə də ölümlə nəticələnibmiş.
Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, bu il fevralın 21-də təxminən saat 12:00 radələrində 123 nömrəli tam orta məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi İlkin Mehman oğlu Lətifov yıxılıb.
Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.
Bunu görən digər sinif yoldaşları dərhal məktəbin tibb məntəqəsinə gələrək, İlkin adlı şagirdin özünü pis hiss etdiyini xəbər veriblər. İlkinin sinif yoldaşları əvvəlcə onun stadionda topu atanda yıxıldığını deyiblər. Məktəbin tibb bacısı, eləcə də müəllim heyəti onun yanına gediblər və İlkinin vəziyyətinin kirtik olduğunu görüblər. Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün xəstəxanada qalan İlkin Lətifov Novruz bayramı ərəfəsində vəfat edib.
Məsələ ilə bağlı məktəblə əlaqə saxladıq. 123 nömrəli tam orta məktəbdən saytımıza verilən məlumatda hadisəni belə təsvir etdilər:
“Fevralın 21-də təxminən saat 12:00 radələrində məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.
Məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib”.
Bildirilib ki, şagirdin daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat dərhal valideynlərinə verilib.
“Məktəb kollektivi tərəfindən şagirdin ailəsinə maddi yardım da göstərilib. Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb. Məktəb rəhbərliyi şagirdin ailə üzvlərinə başsağlığı verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!