Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 5-06-2023, 12:12
Hərbçilərimizin saxlanılması etimad quruculuğuna növbəti zərbədir - XİN Başçısı


Hərbçilərimizin saxlanılması etimad quruculuğuna növbəti zərbədir - XİN Başçısı

Hesab edirik ki, Ermənistanın hərbçilərimizi saxlaması etimad quruculuğuna növbəti zərbədir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir hərbçilərin Ermənistan-Azərbaycan sərhədini çətin hava şəraiti səbəbindən keçdiklərini diqqətə çatdıraraq, məsələnin həm ikitərəfli, həm də digər görüşlərdə müzakirə edildiyini qeyd edib.“Ermənistan tərəfindən həmin hərbçilər saxlanılaraq onlara cinayət işi açılıb. Hansı ki, biri ilə bağlı artıq hökm oxunub, 11 il yarımlıq məhbusluğu barədə qərar qəbul olunub. İlk növbədə onu qeyd etmək istəyirəm ki, Ermənistan tərəfi ilə ikitərəfli görüşlər zamanı, eyni zamanda, beynəlxalq vasitəçilər, həmçinin digər dövlətlərin nümayəndələri ilə görüşlər zamanı biz hər kəsin bu məsələyə diqqətini cəlb etdik. Bu hadisənin tamamilə bundan əvvəlki razılaşmaların pozuntusu kimi qəbul edilməsini və Ermənistana bu istiqamətdə təsir edilməsinin vacibliyini gündəmə gətirdik. Çünki bildiyiniz kimi, son müddət ərzində iki ölkə arasında belə bir razılaşma var idi ki, sərhəd xəttini səhvən keçən hərbçilərin geri qaytarılması vacibdir və bu, tərəflər arasında bir etimad quruculuğu tədbiri kimi dəyərləndirilə bilər. Və məhz bu razılaşmanın nəticəsi olaraq, Azərbaycan tərəfi ümumilikdə 10-dan artıq erməni hərbçisini və mülki şəxsini geri qaytarmışdır. Bu, hesab edirik ki, Ermənistan tərəfindən atılan addım əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir. Hesab edirik ki, bu çox yanlış inkişafdır, çox təhlükəli inkişafdır. Və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, - deyə XİN başçısı vurğulayıb. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bu yaxınlarda keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib. Ermənistanda saxlanılan əsirlərlə bağlı sonuncu xəbəri ötən ay Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) onların ailələrinə çatdırıb. Belə ki, əsir hərbçilərin yazdıqları məktublar Bakıya göndərilib, lakin ailələrin telefon əlaqəsi saxlamaq tələbi yerinə yetirilməyib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!