ABŞ-də Müdafiə Nazirliyi yaradıldı .....                        Rayonlara leysan yağır .....                        Bakının məşhur küçəsində YENİLİK .....                        Şahin Mustafayev Ermənistana getdi - Nələr müzakirə edildi? .....                        Parisdə Zəngəzur dəhlizi müzakirə edildi .....                        Britaniya Baş nazirinin müavini istefa verdi .....                        Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər bu tarixdə TAMAMLANACAQ .....                        Astarada 8-i uşaq olmaqla 15 nəfər ZƏHƏRLƏNDİ .....                        Bu ilin sonuncu Ay tutulması olacaq .....                       
Tarix : 9-04-2024, 14:27
XİN Başçısı Qırğızıstan Prezidenti ilə görüşdü


XİN Başçısı Qırğızıstan Prezidenti ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Sadır Japarov tərəfindən qəbul edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşüldüyü Qırğız Respublikası ilə Azərbaycan arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin günbəgün daha da güclənməsinin və məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb:
"Ölkələrimiz arasındakı fəal siyasi dialoqun ticarət-iqtisadi, humanitar, mədəni, təhsil və digər sahələrdə ikitərəfli uğurlu əməkdaşlığımızı şərtləndirdiyi diqqətə çatdırılıb. Orta dəhlizin tranzit imkanlarından Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qırğızıstanın faydalanmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyi qeyd olunub. Beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər platformalarda ölkələrimiz arasında koordinasiyalı fəaliyyətin və qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Türk Dövlətləri Təşkilatının bu ilin iyul ayında Şuşada, oktyabr ayında isə Qırğızıstanda keçiriləcək qeyri-rəsmi və rəsmi sammitlərin önəmi diqqətə çatdırılıb".
Görüş çərçivəsində Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə Azərbaycanla Qırğızıstan arasında fəal əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə danışan Ceyhun Bayramov Ağdamın Xıdırlı kəndində orta məktəbin inşası qərarı ilə bağlı Qırğız Respublikasına təşəkkür edib. Prezident Sadır Japarov son illər dövlətlərarası münasibətlərimizin daha da dərinləşdiyini və dövlət başçıları səviyyəsində Dövlətlərarası Şuranın fəaliyyətindən məmnun olduğunu bildirib. Dinamik şəkildə inkişaf edən və möhkəmlənən ikitərəfli əlaqələrimizin parlamentlər, hökumətlər və sahə nazirlikləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə imkan yaratdığı vurğulanıb. Tərəflər Qırğızıstan Prezidentinin ölkəmizə qarşıdan gələn səfəri ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıblar",- məlumatda qeyd edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!