İlham Əliyevdən 9 May paylaşımı .....                        Sumqayıtda iş yerində ölüm .....                        Yeni Roma Papası məlum oldu .....                        7 saatdan çox danışıqlar aparıblar .....                        Sabah yollar bağlı olacaq! - Siyahı AÇIQLANDI .....                        Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi .....                        Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb .....                        Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib .....                        Sayt rəhbərinə hökm oxundu .....                       
Tarix : 10-12-2015, 10:02
Facebookdan imtina ömrün 28 saatına qənaət edir


"Facebook özünə hörməti məhv edir" - İnsbruk Universitetinin əməkdaşları populyar sosial şəbəkənin 300 ingilis və almandilli istifadəçisi ilə keçirilən testin nəticəsini araşdıraraq bu cür xoşagəlməz nəticəyə gəliblər.

Eksperimentin gedişində bütün iştirakçıları üç qrupa bölüblər. Birinci qrup yalnız Facebook-dan istifadə edib. İkinci qrup internetdə istənilən maraqlı informasiyanı axtarıb, lakin bu zaman sosial şəbəkəyə daxil olmayıb. Üçüncü qrup isə heç bir xüsusi göstəriş almayıb və internetdə istədiyini edib. Sonra hər bir iştirakçıya öz əhval-ruhiyyəsini dəyərləndirmək təklif olunub.

Nəticədə aydın olub ki, Facebook-a daxil olan hər kəs vaxtlarını bu qədər səmərəsiz keçirdiyinə görə təəssüf hissi keçiriblər. Bundan başqa, onlar sosial şəbəkədə nə qədər çox vaxt keçiriblərsə, ovqatları da bir o qədər çox korlanıb. Eyni zamanda çoxları qeyd ediblər ki, səmərəsiz keçirilən vaxta görə onların özünə hörməti də azalıb.

İşlərin bu cür gedişinə özünəməxsus cavab isə bu yaxınlarda Just tədqiqat layihəsi çərçivəsində buraxılmış "Azadlığın 99 günü” layihəsi olub. Onun iştirakçılarına düz 99 gün könüllü olaraq Facebook-a daxil olmaqdan imtina etmək, həmçinin müvafiq olaraq 33 və 66 gündən sonra öz əhval-ruhiyyəsindəki dəyişikliyi qeydə almaq təklif edilib.

Tədqiqatçıların hesablamalarına görə, insanlar populyar sosial şəbəkədə gündə təqribən 17 dəqiqə vaxt keçirirlər. Beləliklə, Facebook-dan könüllü imtina 99 gündə daha maraqlı və faydalı məşğuliyyətə sərf oluna biləcək 28 saata qənaət etməyə imkan verir.


Cazibe.info


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!