Şəkidə dəhşətli hadisə - 2 nəfər öldü .....                        20 saziş qəbul edəcəyik - Tokayev .....                        Dəhşətli qəzada ölən hərbçilərin adları açıqlandı .....                        Tovuzda faciə: 6 nəfər öldü .....                        Məşhur tiktoker narkotiklə saxlanıldı .....                        Bulvarda dənizdə batan gənc xilas edildi - VİDEO .....                        Acun İlıcalı cərimələndi - SƏBƏB .....                        Kaş biz də qayıdıb gələ bilərdik: .....                        "Turan Tovuz" rəsmisinin beyninə qan sızdı - Əməliyyat olunur .....                       
Tarix : 30-09-2024, 16:50
Baş nazir bu qaydaları təsdiqlədi


Baş nazir bu qaydaları təsdiqlədi

Nazirlər Kabineti “Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi Qaydası”nı təsdiqləyib.
Qaydaya əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıran tədbirlər istisna olmaqla, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması, o cümlədən zərər çəkmiş şəxslərə kömək göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər Konstitusiyaya, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Qanuna, bu Qaydaya və digər normativ hüquqi aktlara uyğun olaraq, yaranmış fövqəladə mühitin kəskinliyindən irəli gələn hədlər çərçivəsində həyata keçirilir. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin aşağıdakı növləri var:

- qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;

- təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi;

- ilkin zəruri təmir-bərpa işləri;

- ictimai asayişin qorunması;

- əhalinin təxliyəsi və daimi məskunlaşdırma məsələləri həllini tapanadək müvəqqəti sığınacaqla təmin edilməsi;

- sanitariya-gigiyena tədbirləri və epidemiya (epizootiya) əleyhinə tədbirlər;

- ərazilərin və su tutumlarının (rezervuarlarının) zərərsizləşdirilməsi;

- əhalinin ilkin həyat təminatı üçün tədbirlər;

- xəbərdar etmə və maarifləndirmə.

Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiya (qərargah) (komissiya (qərargah) yaradıldıqdan dərhal sonra komissiyanın (qərargahın) rəhbəri onun iclasını çağırır və iclasda nəzərdə tutulmuş tədbirlərdən hər hansı birinin və ya bir neçəsinin tətbiq edilməsinə dair komissiyanın (qərargahın) qərarı qəbul edilir. Komissiyanın (qərargahın) qərarında tətbiq edilməsi zəruri hesab edilmiş sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirin növü (növləri), tətbiq edildiyi ərazi və müddəti, icraçı dövlət orqanları (qurumları), həmçinin bu Qaydada nəzərdə tutulmuş digər məsələlər barədə məlumatlar göstərilir. Komissiya (qərargah) sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil və təmin edir və aidiyyəti dövlət orqanlarının (qurumlarının) bu sahədə fəaliyyətini əlaqələndirir. Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə komissiyanın (qərargahın) tərkibinə daxil olan dövlət orqanları (qurumları) ilə yanaşı həmçinin, mövcud vəziyyətdən asılı olaraq, digər dövlət orqanları (qurumları), müstəqil ekspertlər və mütəxəssislər də cəlb edilə bilərlər.
Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini qeyri-mümkün edən şərait yarandıqda (qarşısı alına bilməyən fövqəladə hadisə baş verdikdə və ya qarşısı alına bilməyən qüvvə mane olduqda və yaxud ictimai təhlükəsizliyə real təhlükə yarandıqda) belə tədbirlərin həyata keçirilməsi dayandırılır və bu barədə dərhal komissiyaya (qərargaha) məlumat verilir. Əhalinin sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilən ərazidə həyata keçirilən tədbirlər haqqında tam və obyektiv məlumatlandırılmasının təmin edilməsi məqsədilə komissiyanın (qərargahın) qaynar xətt xidməti yaradılır. Dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildiyi zaman aşağıdakı əsas tələblərə riayət edilməlidir:

- əhalinin sağlamlığına, əmlaka, ətraf mühitə zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməməli;

- sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirləri həyata keçirən dövlət orqanlarının (qurumlarının) və komissiyanın (qərargahın) səlahiyyətli nümayəndələrinin tələblərinə əməl edilməli, onların işini çətinləşdirən hərəkətlərə yol verilməməli;

- zəruri təhlükəsizlik tədbirlərinə əməl edilməli, tapşırılmış vəzifələr vaxtında yerinə yetirilməli, zəruri hallarda qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə yardım göstərilməli;

- normativ hüquqi aktların və komissiyanın (qərargahın) qərarlarının tələblərinə riayət edilməli.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!