17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
Tarix : 4-11-2015, 14:28
Vergilər Nazirliyi bir daha şou-biznes nümayəndələrini dövlət büdcəsinə vergiləri tam həcmdə və vaxtında ödəməyə dəvət edir və bildirir ki, həmin şəxslər cari ilin sonuna qədər öz vergi öhdəliklərini tam həcmdə yerinə yetirməyəcəkləri təqdirdə, onların hər biri barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək və nəticələri ictimaiyyətə açıqlanacaq.


Butov.az bildirir ki, məsələ ilə bağlı Qafqazinfo şou-biznes nümayəndələri arasında sorğu keçirib. Onlara "Nə qədər vergi ödəyirsiniz?" və "Nazirliyin bu addımını necə qiymətləndirirsiniz?" sualları ilə müraciət edib.

Müğənnilərdən Vergilər Nazirliyinə CAVAB

Xalq artisti Səməd Səmədov: “Uzun illər vergi ödəyicisi olmuşam. İndi təqaüdə çıxmışam, həyat yoldaşımla Fatmayidə bağ evində yaşayırıq. Tez-tez rayonlara gedib, qohumlara baş çəkirik. Arada şəhərə övladımızı, nəvəmizi görmək üçün gəlirik. İşləmədiyim üçün hazırda vergi ödəmirəm. Vaxtında vergimi ödəmişəm, indi də yaxşı təqaüd alıram. Hər bir vətəndaşın vergi ödəmək borcudur”.


Müğənnilərdən Vergilər Nazirliyinə CAVAB

Xalq artisti Faiq Ağayev: “Vergini vaxtında ödəyirəm. Bununla bağlı Vergilər Nazirliyi ilə aramda problem yaşanmır. Hər bir vergi ödəyicisi hansı sahədə olursa olsun, qanunun tələb etdiyi vergini ödəməlidir. Bu danılmazdır. İstər biznes, istər neft, istərsə də, incəsənət sahəsində olan hər bir vətəndaş vergi ödəməlidir. VÖEN-im var, hər rüb vergimi ödəyirəm. Qazancım stabil olmadığı üçün konkret məbləğ deyə bilmirəm. Rüb orucluq, Məhərrəmlik aylarına təsadüf edirsə, daha az məbləğ ödəyirəm”.

Müğənnilərdən Vergilər Nazirliyinə CAVAB

Xalq artisti Mənsum İbrahimov: “Nazirliyin bu addımını yüksək qiymətləndirirəm. Bu ölkənin vətəndaşıyıq, vergi ödəməliyik. Çalışdığım müəssisədə maaşıma uyğun vergi tutulur. Mən toylara getmirəm. Toya gedib, pul qazanan adam yüksək məbləğdə vergi ödəməlidir”.

Müğənnilərdən Vergilər Nazirliyinə CAVAB

Biznes-ledi Ruhi Əliyeva: “Vergilər sayəsində dövlətin büdcəsi formalaşır. Vergi ödəmək hər bir vətəndaşımızın borcudur. Bizdə belə bir qayda tətbiq olunsa, bu qanuna tabe olmalıyıq. Hansı sahədə olursan ol, vergini ödəməlisən. Mən biznes işlərimlə bağlı vaxtında ödəməli olduğum məbləği ödəyirəm. Vergilər Nazirliyinin bu addımını alqışlayıram. İnsanlarımızı isə vergi borcunu vaxtında ödəməyə çağırıram. Azərbaycanda heç bir müğənni qazandığının doğru dürüst şəkildə hesabatını təqdim etməyəcək. Bunu dövlət qurumları inzibati yollarla həll etməlidirlər. Nəzarət həyata keçirilməli, konsertlər, restoranlar, şadlıq evləri nəzarətə götürülməli, müğənnilərə maarifləndirici bukletlər hazırlanaraq paylanmalıdır. Bu sahədə görüləcək işlər çoxdur”.


Müğənnilərdən Vergilər Nazirliyinə CAVAB

Əməkdar artist Ədalət Şükürov: “İlin 6 ayını toya gedirik. Qalan ayları isə o pullarla dolanırıq. 8 ildir ki, bizneslə məşğul olmuram. Əvvəllər turizm şirkətim vardı. Onu da bağladım. Firmam yoxdur, özfəaliyyətlə məşğulam və 13 ildir vaxtında vergimi ödəyirəm”.

Müğənnilərdən Vergilər Nazirliyinə CAVAB

Əməkdar artist Abbas Bağırov: “Miqdar deyə bilmərəm, 2003-cü ildən vergi ödəyirəm. Adlar açıqlansın, narahat deyiləm, həmişə vergi ödəmişəm. Nazirliyin bu qərarı haqda heç nə deyə bilmərəm. Necə məsləhətdirsə, elə olsun”.

Müğənnilərdən Vergilər Nazirliyinə CAVAB

Müğənni Röya Ayxanın prodüseri Kənan Bayramov:

"Şou-biznes deyəndə orada adama sırf müğənni kimi baxmırlar, biznes fəaliyyəti olan insan kimi baxırlar. Röya orada fiziki şəxs kimi və ya şirkət işçisi kimi qeydiyyatda ola bilər. Vətəndaşın fəaliyyət növü gəlir gətirirsə, vergi ödəməlidir. Bizdə heç bir problem yoxdur. Məktubumuz da var ki, vergiləri ödəmişik, borcumuz da yoxdur.

Vergilər Nazirliyi qanunsuz iş görmür, qazancının müəyyən faizini ödəməyi tələb edir. Artıq pul istəmir, büdcəyə gedən dövlət rüsumunu istəyir. Demir ki, gətir cibimə pul qoy. Qazancına görə aparıb vergini banka ödəyirsən. Hamı rahatdır, hamı da vergi ödəməyə razıdır. Rüşvət istənilsə, o zaman narazı olarıq. 5 manat qazananda bizdən 10 manat istənilmir. 100 manat qazanırıqsa, onun 4 faizini kassaya ödəyirsən. Bizə vergiyə görə zəng də olunmayıb. Hər şey yolundadır".

Müğənnilərdən Vergilər Nazirliyinə CAVAB

Müğənni Nadir Qafarzadənin köməkçisi Ruslan Əliyev: “Üç aydan bir rüblük var, hər ayın 20-si axırıncı müddətdir. Ayın 20-nə 19 gün qalmış aparıb Nadir bəyin vergisini ödəyirəm. Vaxtında vergi ödəyirik, gedib yoxlaya bilərlər. Ən yaxşı vergi ödəyicilərindən biri Nadir Qafarzadədir. Dövlətin vergisi ödənməlidir. Qazancımız hesabatda nə artıq, nə əskik yazılır. 5 qazananda 5, 3 qazananda 3 ödəyirik. Miqdarı deyə bilmərəm. Əsas odur ki, vaxtında vergini ödəyirik”.


Müğənnilərdən Vergilər Nazirliyinə CAVAB

“Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov: “Ümumiyyətlə, hər bir vicdanlı vətəndaş vergi ödəməlidir. Həmişə qəpiyinə kimi vergi ödəmişik, çekləri də var. Sənət adamları başqa biznes sahəsində çalışan inanlardan fərqli olaraq, satdıqların malın gömrük və çatdırılma pulunu ödəmirlər ki, malın mayası baha-başa gəlsin, buna görə də vergidən yayınsınlar. Bizdə maya yaradıcılıq işidir. Sənət adamlarına vergi ödəmək daha rahatdır. Vergimizi vaxtında ödəyirik”.


Müğənnilərdən Vergilər Nazirliyinə CAVAB

Müğənni Manaf Ağayev: “İşləyən hər bir vətəndaş vergi ödəməlidir. Sənət adamları da vaxtında qazancına uyğun vergisini ödəməlidir. Mən də vergi ödəyicisiyəm. Məhərrəmlik və Orucluq ayında toy olmur vergi ödəmirsən. Vergini də qazancımıza uyğun ödəyirik. 5 toya gedəndə 5 toyun pulunu veririk”.


Müğənnilərdən Vergilər Nazirliyinə CAVAB

Xalq artisti İlhamə Quliyeva: “Maaşımı alanda dövlət özü vergini çıxır. Mən toylara getmirəm. Toya gedən vergini ödəsin. Mən dövlət televiziyasının solistiyəm, işçisiyəm. Maaşımı alanda qanunu olaraq vergini çıxırlar”


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!