Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
Tarix : 9-12-2016, 19:19
Azərbaycanda "İlin qalibləri-2016": namizədlər açıqlandı


"İlin qalibləri-2016" layihəsində növbəti mərhələnin icrasına başlanılıb.

Butov.az APA-ya istinadən xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı ilə həyata keçirilən layihənin bu mərhələsində 8 nominasiyadan əsasən, futbol sahəsi üzrə namizədlər açıqlanıb.

Bura "İlin futbolçusu", "İlin baş məşqçisi", "İlin komandası", "İlin mətbuat katibi" nominasiyaları daxildi. Eyni zamanda "İlin idman xadimi" nominasiyası üzrə də namizədlərin seçiminə başlanılıb. Siyahı Azərbaycan klublarının iştirak etdiyi Avropa Liqasının qrup mərhələsindəki mübarizə yekunlaşdıqdan sonra rəsmiləşib.

"İlin yerli idmançısı", "İlin əcnəbi idmançısı", eləcə də digər növlər üzrə "İlin baş məşqçisi", "İlin komandası", "İlin mətbuat katibi" və "İlin idman jurnalisti" nominasiyalarında nazmizədlər isə dekabrın 13-də - taekvondo üzrə komandalararası dünya çempionatına yekun vurulduqdan sonra açıqlanacaq. Sorğu Azərbaycanın müxtəlif KİV-lərində çalışan idman jurnalistləri arasında, hər bir KİV-dən bir jurnalist olmaqla, keçiriləcək. Bu zaman jurnalistlər təklif olunan namizədlərdən savayı şəxs və ya komandanı qalib kimi göstərə bilərlər. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunacaq və dekabrın sonlarında təntənəli mərasimdə mükafatlandırılacaq.

Namizədlər aşağıdakılardır:

İlin idman xadimi

Azad Rəhimov (Gənclər və idman naziri) - Təşkilat Komitəsinin sədri olduğu Formula 1 üzrə Avropa Qran Prisi ilk dəfə Bakıda lazımi səviyyədə keçirildiyi və Azərbaycan komandası 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında tarixdə ilk dəfə 18 medal qazandığı üçün;

Elçin Zeynalov (Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti) - Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk dəfə avarçəkmənin olimpiada proqramındakı bütün növlərində (akademik avarçəkmə, kayak, kanoe, kanoe-slalom) təmsil olunduğu və 2 olimpiya medalı qazandığı üçün;

Fazil Məmmədov (Azərbaycan Güləş Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti) - 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın qazandığı 18 medalın yarısını güləşçilər əldə etdiyi və "Tour dAzerbaidjan" veloyürüşünün ardıcıl 4-cü ildir keçirilməsini təmin etdiyi, "Synergy Baku" ardıcıl ikinci il yürüşün qalibi olduğu üçün;

Kəmaləddin Heydərov (Azərbaycan Boks Federasiyası və Azərbaycan Taekvondo Federasiyasının prezidenti) - 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yeganə qızıl medalı Azərbaycan taekvondoçusu qazandığı, olimpiadalar tarixində ilk dəfə taekvondo üzrə 3 medal, boks üzrə isə gümüş medal əldə olunduğu üçün;

Rövnəq Abdullayev (Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Cüdo Federasiyasının prezidenti) - Futbol üzrə Azərbaycan milli komandası tarixdə ilk dəfə 2018-ci il dünya çempionatının seçmə mərhələsində qrupdakı ilk 4 oyununu 7 xalla başa vurduğu və Azərbaycanın 2 cüdoçusu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazandığı üçün;

İlin yerli futbolçusu

Kamran Ağayev (Bakı "İnter"i / Portuqaliyanın "Boavişta" klubu və Azərbaycan millisi) - Qapıçı kimi klubunda və yığmada rəqiblərin bir çox təhlükəli hücumunun qarşısını aldığı üçün;

Maksim Medvedev ("Qarabağ" və Azərbaycan millisi) - Klubunun və Azərbaycan millisinin heyətindəki sabit çıxışına görə, eləcə də Azərbaycan Premyer Liqası və ölkə kubokunu, eləcə də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında rolu və seçmə tsikldə Norveç üzərində qələbə topunun müəllifi olduğu üçün;

Rəşad Sadıqov ("Qarabağ" və Azərbaycan millisi) - Kapitan kimi klubunun Azərbaycan Premyer Liqası və ölkə kubokunda, eləcə də Avropa Liqasında qrup mərhələsinədək irəliləməsində xüsusi roluna görə;

Rövşən Hüseynli (futzal üzrə "Araz Naxçıvan klubu" və Azərbaycan millisi) - Qapıçı kimi etibarlı çıxışı ilə klubunun heyətində elit-raunda, yığma ilə ilk dəfə qatıldıqları dünya çempionatında 1/4 finalınadək irəliləyə bildikləri üçün;

Ruslan Qurbanov ("Neftçi" / "Qəbələ" klubu və Azərbaycan millisi) - "Neftçi"də Azərbaycan Premyer Liqasının yerli futbolçular arasında bombardiri olduğu, hər iki klubun heyətində Avropa Liqasında qol vurduğu və Azərbaycan millisinin San-Marino ilə səfər oyununda qələbə topunun müəllifi olduğu üçün;

İlin komandası (Futbol)

Futbol üzrə Azərbaycan milli komandası - tarixində ilk dəfə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində ili 4 oyundan 7 xalla başa vurduğu üçün;

Futzal üzrə Azərbaycan milli komandası - İlk dəfə iştirak etdiyi dünya çempionatında 1/4 finaladək irəlilədiyi üçün;

"Kəpəz" - Azərbaycan Premyer Liqasına qayıtdıqdan sonra ilk mövsümdəcə Avropa Liqasına vəsiqə qazanaraq, tarixində ilk dəfə mərhələ adladığı üçün;

"Qarabağ" - Azərbaycan Premyer Liqası və ölkə kubokunun qalibi olduğu, Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində 7 xal qazandığı üçün;

"Qəbələ" - ardıcıl ikinci mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün;

İlin baş məşqçisi (Futbol komandaları üzrə)

Qurban Qurbanov ("Qarabağ") - Klubuna ardıcıl üçüncü mövsüm Azərbaycan Premyer Liqasının qızıl medallarını, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırdığı, ilk dəfə "qızıl dubl" etdiyi və Avroliqanın qrupunda 7 xal topladığı üçün;

Robert Prosineçki (Azərbaycan millisi) - Komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində ilk dəfə 4 oyundan 7 xal topladığı,

Azərbaycan yığmasını FİFA reytinqində 90-cı pilləyə yüksəltdiyi üçün;

Roman Qriqorçuk ("Qəbələ) - Klubuna ardıcıl ikinci mövsüm Azərbaycan Premyer Liqasının bürünc medallarını və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırdığı üçün;

Şahin Diniyev ("Kəpəz") - Azərbaycan Premyer Liqasına qayıtdığı ilk mövsümdəcə klubuna Avropa Liqasına vəsiqə qazandırdığı və tarixdə ilk dəfə avrokuboklarda bir mərhələ keçdiyi üçün;

Yaşar Vahabzadə (U-21 Azərbaycan yığması) - Tarixdə ilk dəfə 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsini 6 komanda arasında 9 xalla 4-cü pillədə başa vurduğu üçün;

İlin mətbuat katibi (Futbol üzrə)

Anar Hacıyev - "Qəbələ"

Aslan Şahgəldiyev - PFL

Azad Mustafayev - "Kəpəz"

Cəmilə Sultanova - Bakı Olimpiya Stadionu

Mikayıl Nərimanoğlu - AFFA

Nurlan İbrahimov - "Qarabağ"

Səbuhi Məmmədov - "İnter"


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!