17-03-2026, 13:54
Azərbaycanda üç klub 16 min manat CƏRİMƏLƏNDİBu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komitə Misli Premyer Liqasında XXIV turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.
Misli Premyer Liqasında XXIV turun "İmişli" - "Sabah" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə "İmişli" komandası 5000 manat cərimə edilib.
Həmin turun "Qəbələ" - "Neftçi" oyunu "Qəbələ" komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün "Qəbələ" komandası 3000 manat cərimə edilib. Bundan başqa, "Neftçi" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə "Neftçi" komandası 8000 manat cərimə edilib.
16-03-2026, 18:13
"Çelsi"yə transfer qadağası qoyuldu“Çelsi” sabiq sahibi Roman Abramoviç dövründə maliyyə qaydalarını pozduğuna görə cəzalandırılıb.
Müstəqil komissiya London klubunu 2011-2018-ci illərdə maliyyə hesabatlarında qeyri-dəqiqlik və qayda pozuntularına görə 10,75 milyon funt sterlinq məbləğində cərimələyib.
Sanksiyalar çərçivəsində "Çelsi"yə 9 ay müddətinə akademiyaya yeni oyunçuların qeydiyyatı qadağan edilib. Əsas komanda üçün nəzərdə tutulan bir illik transfer qadağası isə iki illik sınaq müddəti ilə şərti tətbiq edilib. Yəni, klub növbəti iki il ərzində oxşar pozuntulara yol verməyəcəyi təqdirdə, əsas komandaya transfer qadağası tətbiq olunmayacaq.
Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 30 oyundan sonra 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
15-03-2026, 17:06
Qadın futbolçulara uyğunsuz mesaj göndərdi - İşdən qovuldu
Lüksemburqun qadınlardan ibarət futbol millisinin baş məşqçisi Daniel Santos vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə Lüksemburq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin istefasına səbəb futbolçu qızlara uyğunsuz xarakterli mesajlar göndərməsi ilə bağlı ittihamlar olub. Bildirilir ki, bir neçə oyunçu məşqçi barədə federasiyaya şikayət edib.
Federasiyanın açıqlamasında deyilir:
“Belə davranış etik dəyərlərə və hörmət prinsiplərinə ziddir. Bu ittihamlar bizə məlum olan kimi dərhal oyunçuların qorunması və idman mühitinin bütövlüyünün saxlanılması üçün tədbirlər gördük. Toplanan ifadələr və oyunçuların məşqçiyə olan açıq etimadsızlığı əməkdaşlığın davamını mümkünsüz etdi”.
Qeyd edək ki, 44 yaşlı Santos 2020-ci ilin avqustundan etibarən Lüksemburq qadın millisinin baş məşqçisi idi.
15-03-2026, 12:22
Millimiz ABŞ-yə qalib gəldi - Finala yüksəldiAzərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.
Yarımfinalda ABŞ millisi ilə qarşılaşan komanda 22:20 hesabı ilə qalib gəlib.
Azərbaycan millisi finalda Niderland yığması ilə qarşılaşacaq. Final görüşü Bakı vaxtı ilə saat 14:05-da başlayacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
14-03-2026, 21:25
“Qarabağ” qələbə qazandıFutbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha 2 oyunu keçirilib.
“Sabah” səfərdə “İmişli”ni 5 cavabsız qolla darmadağın edib. “Qarabağ” isə “Zirə” üzərində 3:1 hesablı qələbə qazanıb.
Bu nəticələrdən sonra “Sabah” 59 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 7 xal geri qalan “Qarabağ” 2-ci sırada qərarlaşıb. Ağdam klubunun ehtiyatda daha bir oyunu var. “Zirə” 39 xalla 4-cü, “İmişli” isə 22 xalla 9-cu yerdədir.
Qeyd edək ki, XXIV turun ötən gün baş tutan matçlarında “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı 2:1, “Şamaxı” isə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura martın 15-də yekun vurulacaq.
13-03-2026, 23:08
Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçının TARİXİMisli Premyer Liqasının XXI turundan təxirə salınan "Neftçi" - "Qarabağ" matçının keçiriləcəyi tarix və saat bəlli olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qarşılaşma aprelin 30-da, saat 20:00-da "Palms Sports Arena"da baş tutacaq.
13-03-2026, 22:43
Qadın güləşçimiz Avropa ikincisi olduAzərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.
62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Rusiya təmsilçisi Amina Tandelova ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Bununla da Ruzanna Məmmədova Avropa ikincisi olub.
Qeyd edək ki, Azərbaycan turnirdə indiyədək 2-si qızıl, 5-i gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.
12-03-2026, 18:07
Millimiz 11:0 hesabı ilə uduzdu
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçirilən görüş rəqibin 11:0 hesablı qələbəsi ilə başa çatıb.
Komanda növbəti oyununu martın 15-də Sloveniyaya qarşı keçirəcək.
11-03-2026, 17:57
İran yığması Dünya Çempionatında iştirak etməyəcək
İranın idman naziri Ahmad Donyamali çərşənbə günü bildirib ki, ABŞ-nin ölkənin Ali Lideri Əli Xameneinin öldürdüyünü iddia etdikdən sonra İran 2026-cı ildə keçiriləcək "2026 FIFA World Cup"da iştirak etməyəcək.
Bu barədə nazir dövlət televizyasında çıxışı zamanı bildirib.
“Bu korrupsiyalaşmış rejim bizim liderimizi öldürdüyü üçün biz heç bir halda Dünya Çempionatında iştirak etməyəcəyik”, – deyə o, çıxışı zamanı qeyd edib.
Qeyd edək ki, 2026-cı ildə keçiriləcək Dünya Çempionatı üç ölkənin birgə ev sahibliyi ilə təşkil olunacaq. Turnir ABŞ, Kanada və Meksika ərazilərində keçiriləcək. İlk dəfə olaraq oyunda 42 komandanın iştirakı gözlənilir.
10-03-2026, 23:43
"Qalatasaray" tarixi qələbə qazandıBu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
İlk oyun günündə "Qalatasaray" "Liverpul"u sınağa çəkib. Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Mario Leminanın 7-ci dəqiqədə vurduğu qolla İstanbul təmsilçisi rəqibini minimal hesabla məğlub edib - 1:0.
Cavab qarşılaşması növbəti həftə keçiriləcək.