İrana hücum üçün hər şey hazırdır – XƏRİTƏ YAYILDI .....                        Paşinyan iş adamlarına müraciət etdi: Azərbaycandan keçən yol açıqdır! .....                        Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib .....                        Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın - Prezident .....                        Türkiyə parlamentində dava - Deputat xəsarət aldı .....                        Paşinyan Qazax-İcevan yolu ilə bağlı suala cavab verdi .....                        Məktəblərin tədris proqramına dəyişikliklər edilməlidir - İlham Əliyev .....                        Süni intellekt dövlət qurumlarında geniş tətbiq edilsin - Prezidentdən tapşırıq .....                        Strateji Tərəfdaşlıq Xartiyası tarixi sənəddir - Prezident .....                       
Tarix : 13-11-2018, 12:15
Cənub Qaz Dəhlizi layihəsinə 32 mlrd. dollara yaxın vəsait sərf olunub
Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə ümumilikdə təxminən 32 mlrd. ABŞ dollarına yaxın vəsait sərf edilib.
Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.
Butov.az xəbər verir ki, “Report”un sorğusuna cavab olaraq “Cənub Qaz Dəhlizi” QSC-dən bildirilib ki, 2018-ci ilin sentyabr ayının sonuna “Şahdəniz 2” layihəsi üzrə 18,2 mlrd. dollar, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə 4,3 mlrd. dollar, TANAP layihəsi üzrə 5,7 mlrd. dollar və TAP layihəsi üzrə isə 3,2 mlrd. avro xərclənib.
"Şahdəniz -2" layihəsinin ümumi dəyəri 22,7 mlrd. dollar, CQBKG-nin 4,5 mlrd. dollar, TANAP-ın 8 mlrd. dollar, TAP-ın isə 4,5 mlrd. avro təşkil edir. Cənub Qaz Dəhlizində Azərbaycanın payına düşən layihə xərcləri 11,4 mlrd. dollardır.
QSC-dən bildirilib ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə avadanlıqlar və qurğular üzrə inkişaf 2018-ci ilin sentyabr ayının sonuna 91,7%, həmçinin Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ümumi inkişaf 99,5% təşkil edib. TANAP-ın inşası üzrə işlərin 97,6%-i, TAP-ın inşası üzrə isə işlərin 80,7%-i icra edilib.
“Cənub Qaz Dəhlizi” QSC ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!