Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
Tarix : 3-04-2019, 11:30
Azərbaycanla Rusiya arasında üç saziş imzalanacaq
Aprelin 4-də Rusiya Federasiyası sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında biznes forumu keçiriləcək.
Butov.az “Report”-a istinadən xəbər verir ki, biznes forum çərçivəsində üç sənədin imzalanması gözlənilir. Belə ki, Sumqayıt Texnologiyalar Parkı ilə “Rostselmaş” kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, “AzOkso” ilə “Serviceİnvest” arasında hasarlama sistemlərinin qurulmasına dair anlaşma memorandumu, həmçinin “AzOkso” ilə Avtomobil Yolları Dövlət Agentliyi arasında saziş imzalanacaq.
Bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollara yaxın, Azərbaycan isə qonşu ölkənin iqtisadiyyatına 1 milyard dollardan artıq sərmayə yatırıb.
Hazırda Azərbaycanda 450-dən artıq Rusiya ilə müştərək müəssisə və 300-ə yaxın 100 faiz Rusiya kapitalı olan müəssisə fəaliyyət göstərir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi son bir ildə 4 faiz artaraq 2019-cu ilin yanvar-fevral aylarının yekunlarına görə 340,5 milyon dollar təşkil edib. Azərbaycanın xarici ticarət ortaqları arasında üçüncü yerə sahib olan Rusiya Federasiyası idxal həcminə görə ikinci, ixracata görə də onuncudur.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!