Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək? .....                        Gəncədə 15 yaşlı oğlan bıçaqlandı - Vəziyyəti ağırdır .....                        30 ukraynalı uşaq Azərbaycana əmanət edildi .....                        Saray körpüsü yaxınlığındakı obyektlər sökülür .....                        Ərdoğan məqalə yazdı: Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər... .....                        Zelenski Putinin təklifinə YOX dedi .....                        Mirzoyan iranlı həmkarı ilə görüşdü .....                        Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq .....                        Şəhidlər Xiyabanına şortla girmək qadağan edilsin! - Deputatdan təklif .....                       
Tarix : 12-05-2020, 09:59
Azərbaycanda muzdlu işçilərə və fərdi sahibkarlara 100 mln manatadək vəsait ödənilib

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
Butov.az "Report"-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər nazirliyə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 26 721 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 100 374 fərdi (mikro) sahibkar, ümumilikdə 127 095 vergi ödəyicisi müraciət edib.
Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 253 983 işçini əhatə edən 26 721 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 91,15 mln manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 45,57 mln manat təşkil edir. Mayın 8-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 21 820 vergi ödəyicisinə 192 649 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 43,59 mln manat vəsaitin köçürülməsini təmin edib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 91 680 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 55,08 mln manat təşkil edir. Mayın 8-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 52,81 mln manat vəsaitin 87 393 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!