Tramp Makronu qarşılamadı .....                        İkinci kurs tələbəsi vəfat etdi .....                        "Gülüstan" sarayında dövlət ziyafəti verilir .....                        Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər .....                        Qara görə 8 aviareys təxirə salındı .....                        Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr .....                        Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi .....                        Hacıqabulda yaşayış binasında partlayış - Xəsarət alan var .....                        "Axmat" batalyonunun qəddar komandiri Ukraynada öldü .....                       
Tarix : 11-10-2016, 10:18
"SOCAR Turkey Enerji" ilə saziş imzalayan "Rosneft" 6% bahalaşıb


Ötən gün "Rosneft" şirkətinin səhmləri 6% bahalaşıb.
Butov.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunun kifayət qədər səbəbi var, lakin investorları daha çox sevindirən dövlət şirkətinin özəlləşdirilməsi ilə bağlı yeni detalların ortaya çıxmasıdır.

Bundan öncə bazar iştirakçıları özəlləşdirmənin primitiv sxem üzrə baş tutacağını zənn edirdi. Ən optimal variant kimi şirkətin öz səhmlərinin "Rosnefteqaz"dan alınması idi. Bu isə investorları narahat edirdi, beləliklə, şirkətin səhmləri sentyabr ayının ortalarından azalmaqda idi.

Lakin ötən gün Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bu informasiyanı təkzib edib: "Hələlik bizim qrafikimizdə adi prosedur yer alır, hər hansı "buy back" nəzərdə tutulmayıb".

Başqa sözlə, özəlləşdirmə proseduru standart sxem üzrə baş tutacaq. Beləliklə, dövlətin şirkətdəki 19,5%-lik payı kənar investora satılacaq.

Maraqlıdır ki, "Rosneft" tərəfindən öz səhmlərinin alışı ilə bağlı xəbər bir müddət öncə elə şirkətin mətbuat katibi Mixail Leontyevin dilindən səslənib: "Biz ciddi şəkildə öz səhmlərimizin alışını nəzərdən keçiririk. Alış hər hansı formada baş tuta bilər. Əgər imkan yaranarsa, biz bu addımı atmağa hazırıq və bundan utanmırıq, əksinə, fəxr edirik".

"Rosneft"in özəlləşdirilməsi ilin sonunadək baş tutmalıdır. Hələlik isə bütün diqqətlər "Rosneft" tərəfindən bazarın digər iri iştirakçısı olan "Başneft"in alınmasına köklənib. Ötən gün Rusiyanın baş naziri Dmitri Medvedev "Başneft"in səhmlərinin 50,8%-nin "Rosneft"ə satılması ilə bağlı sərəncam imzalayıb. Əqdin dəyəri 329,7 mlrd. rubl həcmində qiymətləndirilir və oktyabr ayının 14-dək yekunlaşmalıdır.

Nəticədə "Rosneft" Rusiyada hasil olunan neftin 40%-i əlində cəmləşdirəcək. Təxmini hesablamalara görə, "Rosneft"in neft ehtiyatları 5,34% artaraq 45,3 mlrd. barrelədək, gündəlik hasilat isə 7,14% artaraq 5,7 mln. barrelədək artacaq.

Yeri gəlmişkən, "Başneft"in səhmləri ötən gün ucuzlaşıb.

Xatırladaq ki, ötən gün İstanbulda keçirilən Ümumdünya Enerji Konqresi çərçivəsində "SOCAR Turkey Enerji A.Ş." "Rosneft" ilə saziş imzalayıb. Sazişə əsasən Rusiya şirkətinin istehsal etdiyi məhsullar "SOCAR Turkey Enerji" tərəfindən inşa olunan STAR neft emalı zavoduna tədarük olunacaq. Söhbət əsasən neft və digər xammallardan gedir. Tərəflər tədarük olunacaq məhsulların həcmini və nomenklaturasını, habelə tədarük vaxtını müəyyən etməlidir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!