Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
Tarix : 7-07-2017, 18:55
Azərbaycanda 536 kriminal qrup zərərsizləşdirilib

Bu il Azərbaycanda 536 kriminal qrup zərərsizləşdirilib.

Butov.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.

Məruzəçi bildirib ki, ötən 6 ayda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 536, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 138 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, qeyri-leqal dövriyyədən 603,3 kiloqram narkotik vasitənin çıxarıldığı, bu əməllərə görə 34 cinayətkar qrupun zərərsizləşdirildiyi, 1302 şəxsin məsuliyyətə cəlb olunduğu, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 95 tondan çox çətənə və xaş-xaş kolunun aşkarlanıb məhv edildiyi bildirilib.

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərin də ardıcıl davam etdirildiyi, nəticədə 2016-cı ilin birinci yarısı ilə müqayisədə 13 faiz çox, yaxud 105 insan alveri cinayətinin müəyyən edildiyi, 8 nəfərdən ibarət 4 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 15 nəfərin məhkəmə məsuliyyətinə verildiyi, habelə insan alverinin qurbanı olmuş 53 nəfərin cəmiyyətə reinteqrasiya olunduğu diqqətə çatdırılıb.

Nazirin birinci müavini daha sonra deyib ki, ötən ilin 6 ayı ilə müqayisədə hesabat dövründə istintaqı tamamlanmış cinayət işlərinin sayı 6 faiz, məhkəmələrə göndərilən işlərin sayı 7,4 faiz, təhqiqatçıların iş həcmi isə 13 faiz çox olub. Dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi isə 73 faiz təşkil edib.

Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, o cümlədən insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təmayülün ümumən qorunub saxlanıldğı vurğulanıb.

Bildirilib ki, bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə isə 1.615.372 protokol tərtib olunub. Bu əsasda qəbul edilən qərarlarla 1.568.336 nəfər cərimələnib, 1778 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 28.755 nəfərə xəbərdarlıq edilib.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!