İlham Əliyev Baş nazirlə işçi naharda .....                        MDB dövlətləri təhlükəsizlik orqanlarının rəhbərləri Tacikistanda .....                        Əfv Komissiyasının iclasları başa çatdı - Siyahı Prezidentə təqdim olunacaq .....                        Əliyev-Paşinyan görüşündə danışılan bəzi detallar .....                        Ərdoğan Avropa Siyasi Birliyində nələr dedi... .....                        "Abzas Media" işinin məhkəmə istintaqı yekunlaşdı .....                        Xocasəndə taxta yeşikləri sexində yanğın .....                        Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi .....                        UFC ulduzları Bakıya gəlir .....                       
5-01-2023, 14:01
Azərbaycanlı sülhməramlı medalla təltif olundu


Azərbaycanlı sülhməramlı medalla təltif olundu

BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib. Bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi məlumat yayıb. Məlumatda bildirilir ki, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.

5-01-2023, 13:56
İdman TV-yə yeni direktor təyin olundu


İdman TV-yə yeni direktor təyin olundu

Tanınmış teleaparıcı Rövşən Binnətli İdman TV-də direktor vəzifəsinə təyin olunub. Bununla bağlı "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov əmr imzalayıb. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bu təyinata qədər R.Binnətli adıçəkilən televiziyanın direktor müavini idi, eyni zamanda direktor vəzifəsini icra edirdi. Qeyd edək ki, bununla bağlı ilk xəbəri manset.az yayıb.
5-01-2023, 13:53
Əli Əsədov Qarabağ və Şərqi Zəngəzurla bağlı qərar imzaladı


Əli Əsədov Qarabağ və Şərqi Zəngəzurla bağlı qərar imzaladı

Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısı dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Aqrar Sığorta Fondunun - 12-9/ kodu bu siyahıya əlavə edilib. Həmçinin, Xidmətlər bölməsi də Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısına daxil edilib:
- 17-1/ Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti
- 17-2/ Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.
Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
4-01-2023, 21:55
“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır


“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır

Avropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var. Ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır. Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.
4-01-2023, 17:03
“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır


“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır

Avropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var. Ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır. Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.
4-01-2023, 16:58
“Barcelona” klubu qayda pozuntusuna görə cərimələndi


“Barcelona” klubu qayda pozuntusuna görə cərimələndi

İspaniya La Liqası "Barselona"nı böyük məbləğdə cərimələyib. Buna Kataloniya təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Klub 2021/2022 mövsümündə maaş limitinə riayət etmədiyi üçün 800 000 avro cərimə ödəyəcək. Daha əvvəl La Liqanın prezidenti Xavyer Tebas bildirib ki, "Barselona"nı qarşıdakı mövsümlərdə də analoji cəza gözləyir.
4-01-2023, 16:52
Qardaşlarımızın olduğu hər yerdə Türkiyə var - Ərdoğan


Qardaşlarımızın olduğu hər yerdə Türkiyə var - Ərdoğan

Qarabağda bizim qardaşlarımız var. Qardaşlarımızın olduğu hər yerdə Türkiyə var. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxış edərkən bildirib. O qeyd edib ki, Türkiyənin özünün yaratdığı bir raketi belə yox idi. "İndi bu raketləri özümüz hazırlayırıq. Qarabağa nə üçün getdik? Çünki orada bizim qardaşlarımız var. Qardaşlarımızn olduğu hər yerdə Türkiyə var" - deyə R.T. Ərdoğan əlavə edib.
4-01-2023, 16:50
Azərbaycan mürəkkəb infrastrukturlu ərazilərdə uğurlar əldə edib - Erməni deputat


Azərbaycan mürəkkəb infrastrukturlu ərazilərdə uğurlar əldə edib - Erməni deputat

Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük irəliləyişlər əldə edib. Bunu Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Facebook-da bildirib. Abramyanın sözlərinə görə, 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan Qarabağ separatçıları və Ermənistana yönəlik 5 dəfə hərbi əməliyyat keçirib. “Təhlillər göstərir ki, Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük uğurlar əldə edib”, - erməni deputat qeyd edib. Abramyan bildirib ki, Azərbaycanın Ermənistanla sərhəddəki Göyçə-Zəngəzur cəbhəsilə (Qaragöl, Qızılcıq, Cermuk) müqayisədə Qarabağın Fərrux dağı istiqamətində daha çox irəliləmək imkanları var idi. “Lakin Azərbaycan kəskin hava şəraitinə baxmayaraq Ermənistanla sərhəddəki çətin dağlıq ərazilərdə hücum həyata keçirdi və üstünlük qazandı. Üstəlik, qeyd olunan ərazilərdə Ermənistanın güclənmək, müdafiə sistemi yaratmaq və ən əsası təchizat imkanları Azərbaycandan dəfələrlə çox idi. Burada böyük ölçüdə problem təkcə Azərbaycan PUA-larının bu qədər danışılan üstünlüyündə deyil, hətta Azərbaycan bölmələrinin dağlıq şəraitdə fəaliyyət göstərə bilməsində deyil, problem erməni silahlı qüvvələrinin mütəşəkkil şəkildə nizamsız olmasındadır”, - deyən deputat Ermənistan ordusunun zəif olduğunu etiraf edib. Tiqran Abramyan bildirib ki, Azərbaycan 2 il ərzində Laçın-Kəlbəcər istiqamətindəki əsas, qəzalı yolların tikintisinə, yenidən qurulmasına, hərbi hissələrin, hərbi infrastrukturun yaradılmasına ciddi vəsaitlər yatırıb. “Bu, onların uğurlarına nə qədər töhfə versə də, hər halda, həmin ərazilərdə, onları kiçik qüvvələrlə məğlub etmək və irəliləməyə imkan verməmək mümkün idi”, - deyə o, revanşist arzularını dilə gətirib. Müxalifəti təmsil edən deputat Ermənistan hökumətinin ordu quruculuğundakı işini tənqid edib. Onun fikrincə, işləmək, ordunu gücləndirmək və uğurla müdafiə olunmaq mümkündür.
4-01-2023, 16:45
Sabahın havası - Temperatur yenidən aşağı düşəcək


Sabahın havası - Temperatur yenidən aşağı düşəcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Dağlıq rayonlarda zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
4-01-2023, 16:42
“Qalatasaray” klubundan “Fənərbaxça”ya etiraz


“Qalatasaray” klubundan “Fənərbaxça”ya etiraz

Türkiyənin “Qalatasaray” klubu ötən gecə Superliqada oynanılan “Antalyaspor” - “Fənərbaxça” matçının hakimliyi ilə bağlı narazılıq bildirib. İstanbul klubunun rəmi twitter hesabı bununla bağlı paylaşım edib. Paylaşımda Türkiyə Futbol Federasiyasından həmin matçın VAR hakimlərinin danışıqlarının açıqlanması tələb edilib. Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Mərkəzi Hakimlər Komitəsi “Sivasspor” - “Qalatasaray” oyununun VAR hakimi Özgüç Turkalpı yanlış qərarlarına görə hakimlikdən uzaqlaşdırıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!