Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
10-10-2022, 15:34
İspaniya XİN-dən Azərbaycanla bağlı mühüm açıqlama


İspaniya XİN-dən Azərbaycanla bağlı mühüm açıqlama

İspaniyanın bərpa olunan enerji mənbələri ilə məşğul olan şirkətləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verə bilər. Bu barədə İspaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.“Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış anlaşma memorandumu ölkələrimiz üçün gözəl əməkdaşlıq perspektivləri açır. Təkcə İspaniyanın “Enagas” şirkətinin Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) layihəsində iştirak etdiyinə görə yox, həm də ona görə ki, bu saziş Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutur”, - nazirlikdən bildirilib. Məlumata görə, enerji sektoruna gəldikdə, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsində SOCAR-la tərəfdaşlığı sayəsində artıq Azərbaycanda özünü tanıtmış İspaniyanın "Tecnicas Reunidas" şirkəti üçün perspektivlər xüsusilə ümidvericidir. Məlumatda, həmçinin qeyd olunub ki, Azərbaycan Dövlət Neft Fondu da enerji sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaya bilər.
10-10-2022, 15:17
Ruhəngiz Qasımova Honq-Konqda vəfat edib


Ruhəngiz Qasımova Honq-Konqda vəfat edib

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova Honq-Konqda olarkən vəfat edib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov "Instagram"da bildirib. Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. O 82 yaşında vəfat edib.
10-10-2022, 15:07
Kəlbəcər və Gədəbəy atəşə tutuldu - Növbəti təxribat


Kəlbəcər və Gədəbəy atəşə tutuldu - Növbəti təxribat

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
10-10-2022, 15:03
Metropolitenin mətbuat xidmətinin əməkdaşı vəfat edib


Metropolitenin mətbuat xidmətinin əməkdaşı vəfat edib

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin poliqrafiya bölməsinin rəisi İlqar Təmayev vəfat edib. Butov.az xəbər verir ki, İ.Təmayev 53 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Onun metropolitendə 20 ilə yaxın çalışdığı bildirilir. Allah rəhmət eləsin!
9-10-2022, 19:43
Hərbçilərimiz Türkiyədə təlim keçir


Hərbçilərimiz Türkiyədə təlim keçir

Heydər Əliyev adına Hərbi İnstitutu bitirən heyət Türkiyədə təlimlər keçir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb. Məlumatda deyilir ki, heyət “Dəniz Donanması Təcrübəsi” çərçivəsində “Karşıkaya” patrul gəmisində təlimlərini davam etdirir.
9-10-2022, 19:40
Şəkidə dağlıq ərazidə yanğın olub


Şəkidə dağlıq ərazidə yanğın olub

Şəki şəhərinin Şirinbulaq kəndi yaxınlığında dağlıq ərazidə 12 hektar sahədə quru ot və kol-kos yanıb. Butov.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
9-10-2022, 19:34
Komaya düşən qazi vəfat etdi


Komaya düşən qazi vəfat etdi

Vətən Müharibəsi qazisi, Sumqayıt şəhər sakini Bəhruz Zülfüqarov dünyasını dəyişib. Butov.az xəbər verir ki, ötən ay əməliyyat olunan Zülfüqarov komaya düşüb. O, böyrək və bağırsaq problemlərindən əziyyət çəkib. Allah rəhmət eləsin!
9-10-2022, 18:44
Ordumuzun mövqeləri atəşə tutuldu


Ordumuzun mövqeləri atəşə tutuldu

Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
9-10-2022, 17:37
Sabah yağış yağacaq


Sabah yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
8-10-2022, 22:52
Günün ikinci mina partlayışı - Bu dəfə Füzulidə


Günün ikinci mina partlayışı - Bu dəfə Füzulidə

İşğaldan azad edilmiş Füzuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. Nəticədə traktora ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!