Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
12-09-2022, 18:33
Laçında top mərmisi aşkarlandı


Laçında top mərmisi aşkarlandı

Laçında top mərmisi aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd olunub ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində partlamamış top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
12-09-2022, 18:27
İstanbulda atışma: 4 azərbaycanlı yaralandı


İstanbulda atışma: 4 azərbaycanlı yaralandı

Türkiyənin İstanbul şəhərində silahlı insident baş verib. Butov.az xəbər verir ki, hadisə Sarıyer rayonunda yerləşən ticarət mərkəzinin kafesində qeydə alınıb. Atışma nəticəsində azı 6 nəfər yaralanıb. Məlumata görə, kafedə iki qrup arasında mübahisə yaranıb. Tərəflərin söz dueli atışma ilə nəticələnib. Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Cinayətin hansı səbəbdən baş verməsi barədə hələlik açıqlama verilməyib. Hazırda polis faktla əlaqədar araşdırma aparır.
12-09-2022, 18:22
Türkiyənin 4 əsgəri şəhid oldu


Türkiyənin 4 əsgəri şəhid oldu

İraqın şimalında "Pence-Kilid" əməliyyatı bölgəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PKK terrorçuları ilə atışma nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 2 əsgər isə yaralanıb. Hazırda bölgədə əməliyyatlar davam etdirilir.
12-09-2022, 18:20
NASA-dan xəbərdarlıq - Yerə 100 metrlik asteroid yaxınlaşır


NASA-dan xəbərdarlıq - Yerə 100 metrlik asteroid yaxınlaşır

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) sentyabrın 12-də Yerin yaxınlığından uçacaq asteroidlə bağlı xəbərdarlıq edib. Bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb. Asteroid ilk dəfə 2008-ci il sentyabrın 8-də kəşf edilib. Kosmik qayanın diametri demək olar ki, 94 metrdir və sentyabrın 12-də 6,7 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq. Asteroidin sürəti saatda təxminən 36.720 km-dir. Uzunluğu 150 metrdən çox olmadığı üçün asteroid potensial təhlükəli kateqoriyasına aid edilməyib.
12-09-2022, 18:17
Cüdoçularımız Avropa turnirində 6 medal qazandılar


Cüdoçularımız Avropa turnirində 6 medal qazandılar

Cüdo üzrə Azərbaycan milli komandası İtaliyanın Riççione şəhərində keçirilən açıq Avropa turnirində 6 medal qazanıb. Butov.az xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar. Turnirdə 100 kiloqram çəki dərəcəsində final görüşündə Azərbaycan cüdoçuları üz-üzə gəliblər. Məmmədəli Mehdiyevi məğlub edən Zelim Kotsoyev qızıl medal qazanıb. M.Mehdiyev isə gümüş mükafatla kifayətlənib. Daha 2 gümüş medala Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) sahib olublar. Bürünc medalları isə yığmamıza Səid Mollayi (81 kq) və Uşangi Kokauri (+100 kq) qazandırıblar. Azərbaycan medal əyarına görə ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yeri tutub.
12-09-2022, 00:47
Cəlilabadda ağır qəza - Bir ailənin 7 üzvü yaralandı


Cəlilabadda ağır qəza - Bir ailənin 7 üzvü yaralandı

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. Butov.az xəbər verir ki, hadisə Mədətli kəndində qeydə alınıb. Belə ki, "Niva" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
12-09-2022, 00:44
İdmançımız dünya çempionatında medal qazandı


İdmançımız dünya çempionatında medal qazandı

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Ülvi Qənizadə final görüşünü keçirib. Butov.az xəbər verir ki, 72 kq çəki dərəcəsində rəqib serbiyalı Ali Feyzollah Arsalan olub. Gərgin mübarizə şəraitində keçən görüş yerli pəhləvanın qələbəsi ilə yekunlaşıb - 7:4. Beləliklə, Azərbaycan yığması günü 2 medalla başa vurub. Daha əvvəl 55 kq çəkidə Eldəniz Əzizli finalda gürcüstanlı Nuqzari Tsurtsumiyanı vaxtından əvvəl 8:0 hesablı təmiz qələbə ilə üstələyərək, qızıl medala sahib olub.
12-09-2022, 00:35
Güləşçimiz növbəti dəfə dünya çempionu oldu


Güləşçimiz növbəti dəfə dünya çempionu oldu

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb. Butov.az xəbər verir ki, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtından əvvəl təmiz qələbə ilə üstələyib - 8:0. Beləliklə, Əzizli karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk dünya "qızıl"ını 2018-ci ildə əldə etmişdi. Azərbaycan pəhləvanı bu il və 4 il əvvəl həm də Avropa çempionu olub. Qeyd edək ki, Eldəniz Əzizli aprelin 2-də Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatının finalında da Nuqzari Tsurtsumiyanı üstələmişdi - 8:2.
12-09-2022, 00:24
Bu günə olan vaksin statistikası


Bu günə olan vaksin statistikası

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1234 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 665, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 111 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 873 818, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 377 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 956, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 371 347, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 435 nəfər təşkil edir.

12-09-2022, 00:22
Yoluxanların sayı açıqlandı: Ölən yoxdur


Yoluxanların sayı açıqlandı: Ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 266 yeni yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 817 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 629 nəfər müalicə olunaraq sağalıb, hazırda 2379 aktiv xəstə var. Bu günə qədər 9854 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2875, indiyədək ümumilikdə 7 193 925 test icra olunub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!