Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
14-12-2021, 10:52
Azərbaycan-NATO münasibətləri: Əməkdaşlıq dərinləşəcək - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində dekabrın 14-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazanması regionun siyasi xəritəsini yenidən şəkilləndirməyi aktuallaşdırıb.

Bakı postmünaqişə dövründə proseslərdə əsas yönləndirici amilə çevrilir, Ankaradan gələn güclü siyasi dəstək, hər addımda Azərbaycanın maraqlarının müdafiəsi Bakıya əlavə imkanlar yaradır.

Azərbaycan indi NATO-ya münasibətdəki siyasətini şaxələndirməyi hədəfləyir.

NATO Azərbaycan üçün vacib tərəfdaşdır, məsələnin bu yerə çatmasının kökləri var.

Onları xatırlatmaq yerinə düşər.

Azərbaycanın NATO ilə əməkdaşlığı 1994-cü ildə mərhum eks-prezident Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə başlayıb.

Prezident İlham Əliyev NATO-nun mənzil qərargahına 6 dəfə, NATO-nun baş katibləri isə Azərbaycana 3 dəfə səfər edib.

Prezident İlham Əliyev NATO-nun 7 Zirvə görüşündə iştirak edib (İstanbul 2004, Buxarest 2008, Lissabon 2010, Çikaqo 2012, Kardiff 2014, Varşava 2016, Brüssel 2018).

NATO daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verib.

Bu dəstək NATO-nun 9 Zirvə görüşündə öz əksini tapıb. Zirvə görüşlərinin yekun sənədlərində Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu sənədlərdə Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanırdı.

Vətən müharibəsi dövründə də NATO Azərbaycan və Ermənistanı atəşkəsə və danışıqlara çağırırdı.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallıq NATO tərəfindən də qəbul edildi və NATO-nun bu ilin iyun ayında Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarıldı.

Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizlik ilə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir.

Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atıb. Şimali Atlantika Alyansının üzvü olan Türkiyə modelli ordu quruculuğunu da NATO istiqamətinə yön alan müsbət siyasi gediş kimi qiymətləndirmək olar.

2002-ci ildən etibarən 30-dan çox Azərbaycan zabiti NATO-nun mənzil qərargahında və qurumlarında xidmət aparıb.

Azərbaycan və NATO arasında mina və partlamamış silah-sursatların təmizlənməsinə dair “Saloğlu” və “Ceyrançöl” layihələri kimi praktiki layihələr uğurla həyata keçirilib.

2002-ci ildən Azərbaycan NATO-nun Əfqanıstandakı missiyalarında fəal iştirak edib.

2015-ci ildən 2021-ci ilin avqustuna qədər Azərbaycan NATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasında iştirak edib. 120 Azərbaycan hərbçisi Kabilin beynəlxalq hava limanında xidmət edirdi.

Əfqanıstanda baş vermiş son hadisələr zamanı Azərbaycan hərbçiləri hava limanında təhlükəsizliyin təmin olunmasına və əhalinin təhlükəsiz təxliyəsinin təşkil edilməsinə böyük töhfə verib.

NATO-nun baş katibi Yens Stoltenberq bu ilin avqust ayında hava limanında təhlükəsizliyin təmin edilməsindəki xidmətlərinə görə Azərbaycana təşəkkürünü ifadə edib.

2017-2020-ci illərdə Azərbaycan NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib.

Görünən odur ki, Azərbaycan-NATO əməkdaşlığı bundan sonra daha da dərinləşəcək. Münasibətlərin perspektivi tərəflər üçün faydaları artıracaq.

Bütöv.az
13-12-2021, 22:12
Son sutkada vaksin olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 894 080, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 120 575, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 617 228 nəfər təşkil edir.

Ümumilikdə isə 1 156 277 buster doza vurulub.

Bütöv.az
13-12-2021, 22:09
Bakıda 18 min manatlıq oğurluq edən qadının görüntüləri - ANBAAN VİDEO

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirlik və oğurluqlarla məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Nəticədə qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən daha 3 nəfər - Xalidə Hüseynova, əvvəllər məhkum olunmuş Fərid Səfərov və Elçin Hacıyev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Xalidə Hüseynova paytaxtın Nizami rayonunda 113 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda bir nəfər qadının çantasını oğurlayıb. Həmin vaxt zərərçəkənin çantasında 3 min manata yaxın pul, 15 min manat dəyərində qızıl-zinət və digər şəxsi əşyaları olub.

Xalidə Hüseynova ifadəsində oğurladığı qızılları yaşadığı Ağdaş rayonunda satdığını bildirib.

Baş İdarə əməkdaşları tərəfindən saxlanılan Fərid Səfərovla Elçin Hacıyevin isə Nərimanov və Nəsimi rayonlarında avtobuslarda cibgirliklə məşğul olduqları müəyyən edilib. Onların insanların sıx olduğu vaxtlarda sərnişinlərin cibindən mobil telefonlar, pul və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilib.

Qeyd edək ki, saxlanılan hər 3 şəxsin avtobuslarda törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik və oğurluq edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə lentə alınıb.

“Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər”, - Mətbuat Xidmətindən bildirilib.



Bütöv.az
13-12-2021, 22:02
Ramiz Göyüşov məhkəmədə ifadə verib

Bu gün Nəsimi Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bu barədə “Report”a M.Ələkbərovun vəkili Araz Nurməmmədov məlumat verib.

Vəkil bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib:

“Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində özünü təqsirli bilməyib. Mahir Ələkbərov dindirilən zaman Ramiz Göyüşova hədə-qorxu gəlmədiyini, bu yolla ondan pul tələb etmədiyini deyib”.

A.Nurməmmədovun sözlərinə görə, prosesdə zərərçəkmiş Ramiz Göyüşov da ifadə verib:

“Ramiz Göyüşovun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər oldu. Daha sonra onun istintaqa verdiyi ifadəsi elan edilib”.

Növbəti proses dekabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Bütöv.az
13-12-2021, 21:53
Sabah İlham Əliyev Nikol Paşinyanla görüşəcək

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel dekabrın 14-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.

Bu barədə dekabrın 15-də Avropanın paytaxtında keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində Aİ-nin yüksək səviyyəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

Avropa Şurasının sədri sabah ilk olaraq Azərbaycanın Prezidenti İlham Əliyevlə, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.

Sabah axşam isə üçtərəfli görüş keçirəcək.

Mənbə: TASS

Bütöv.az
13-12-2021, 14:03
Mahir Əmrəliyə Polşada HÜCUM EDİLDİ

Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" dünən Polşa çempionatının 16-cı turunda səfərdə "Visla"(Plotsk) klubuyla qarşılaşıb və 0:1 hesabıyla uduzub.

Bütöv.az offsideplus.az-a istinadən bildirir ki, oyundan sonra xoşagəlməz hadisə baş verib. Belə ki, polşalı jurnalist Sebastyan Staşevskinin məlumatına görə, "Legiya" azarkeşləri klub avtobusuna hücum ediblər və zərərçəkən futbolçular arasında Mahir Emreli də olub.

Məsələ ilə bağlı 24 yaşlı hücumçunun anası Elnurə Emreliylə əlaqə saxlanılıb. O, hər şeyin qaydasında olduğunu bildirib: "Heç bir problem yoxdur. Hər şey qaydasındadır".
13-12-2021, 13:37
KOBİA sədri Qətərin Ticarət və Sənaye Nazirliyinin müşaviri ilə görüşüb - FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qətərin Ticarət və Sənaye Nazirliyinin müşaviri Sultan bin Rashid Al-Khater ilə görüşüb.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında KOB sahəsində əməkdaşlıq imkanları, agentliyin bu sahədə təcrübə mübadiləsində maraqlı olduğu vurğulanıb, KOB-lar arasında ticarət əlaqələrinin inkişafına və nazirliklə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



Bütöv.az
13-12-2021, 13:29
Bağırsağı zəhərləyən 3 qida

Alman həkim terapevt Tomas Frilinq bağırsaqları zəhərləyən 3 əsas qidanı açıqlayıb.

Bizim.Media xəbər verir ki, həkim ilk növbədə şəkər və qəndi azaltmağı tövsiyə edir. Çünki o, bağırsaq mikroflorasında zərərli bakteriyaları çoxaldır.

Eləcə də kolbasa, sosis, hisə verilmiş ət və balıq məhsulları bağırsaqları deşir və xərçəngə səbəb olur. Qırmızı ət qəbulunu həftədə 300 qrama endirin.

Üçüncü zərərli yağlar- marqarin, trans yağ, mayonez və s. Onlar bağırsağı ciddi yükləyir və zəhərləyir.

Bağırsaqların selikli qişası üçün ən yaxşı qida lifli qidalardır. Bunlar da paxlalılar və tərəvəzlərdə boldur.


Xüsusən həzm problemi olan insanlar bu qidaları tamamilə menyudan çıxarmalıdır.

Bütöv.az
13-12-2021, 13:09
Təbii qazın bahalaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1.89% artaraq 4 ABŞ dolları təşkil edib.
Mənbə: Bloomberg

Bütöv.az
13-12-2021, 12:37
Pensiyalar dekabrın 15-də ÖDƏNİLƏCƏK

Respublika üzrə bütün pensiyaların ödəniləcəyi vaxt açıqlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, respublika üzrə bütün pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.


Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!