Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
15-10-2025, 16:14
Seçkilərin tarixi ilə bağlı kitab hazırlanır


Seçkilərin tarixi ilə bağlı kitab hazırlanır

Mərkəzi Seçki Komissiyasında (MSK) seçki tarixi ilə bağlı kitab hazırlanır.
Bunu MSK sədri Məzahir Pənahov qurumun bugünkü iclasında səsləndirib.
O bildirib ki, kitab 1875-2025-ci illərdə keçirilən seçkilər haqda məlumatları əhatə edir: “150 il müddətində Azərbaycanda keçirilən seçkilər həmin nəşrdə əks etdirilib".
15-10-2025, 16:10
Ramil Həsənin deputat səlahiyyətləri ləğv edildi


Ramil Həsənin deputat səlahiyyətləri ləğv edildi

Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

***

Hazırda Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
İclasın gündəliyinin tərkibinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 20 iyun 2025-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahib oğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.
Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.
O, yeni vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.

15-10-2025, 15:47
Yevlaxda tövlə yandı


Yevlaxda tövlə yandı

Yevlaxda tövlə yanaraq kül olub.
Hadisə Hacıselli kəndində baş verib. Belə ki, qısaqapnma nəticəsində kənd sakini Ramazan adlı şəxsə məxsus tövlədə güclü yanğın qeydə alınıb. Qısa zaman ərzində tövlə yanaraq kül olub.
15-10-2025, 15:35
Külli miqdarda narkotikin qaçaqmalçılıqla ölkəyə keçirilməsinin qarşısı alındı


Külli miqdarda narkotikin qaçaqmalçılıqla ölkəyə keçirilməsinin qarşısı alındı

Ölkəyə külli miqdarda narkotik keçirmək istəyən şəxs saxlanılıb.
Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 23.09.1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.
A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
15-10-2025, 15:13
Ceyhun Bayramov ATƏT-in sədri ilə görüşdü


Ceyhun Bayramov ATƏT-in sədri ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Görüşdə Azərbaycan-Finlandiya ikitərəfli münasibətləri, Finlandiyanın ATƏT-də sədrliyi dövründə prioritet istiqamətlər, ATƏT-in qarşısında duran çağırışlar, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də bölgədə post-münaqişə dövründə vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.
Tərəflər ötən il COP-29 çərçivəsində Bakıda, eləcə də bu ilin sentyabr ayında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi zamanı Nyu Yorkda liderlər arasında keçirilmiş görüşlərin ikitərəfli münasibətlərin inkişafına töhfəsini məmnunluqla qeyd ediblər. Nazirlər münasibətlərin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin və dialoqun intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı Finlandiyanın ATƏT sədrliyi çərçivəsində prioritetlərə toxunulub. Nazir Ceyhun Bayramov qeyd edib ki, Finlandiyanın sədrliyi Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi dövrə təsadüf edir. Bu şəraitdə ATƏT-in çoxtərəfli platforma kimi çevik şəkildə yeni reallıqlara uyğunlaşmasının, öz aktuallığını və funksionallığını qoruyub saxlamasının əhəmiyyəti vurğulanıb.
Nazir həmçinin regionda son vəziyyət, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, məcburi köçkünlərin geri qayıdışı istiqamətində görülən tədbirlər və mina təhdidi barədə finlandiyalı həmkarını məlumatlandırıb.
Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə edilib. Nazir Ceyhun Bayramov 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün və imzalanmış Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Sülh sazişinin imzalanması istiqamətində atılacaq növbəti addımlar və Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zərurəti bir daha diqqətə çatdırılıb.
“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər post-münaqişə dövründə reallıqları nəzərə alaraq, funksional əhəmiyyətini itirmiş Minsk Prosesi, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının fəaliyyətinin 1 sentyabr tarixindən dayandırılması barədə qərarı müsbət qiymətləndiriblər.
Nazir Ceyhun Bayramov ATƏT çərçivəsində əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində mövcud maneələrdən bəhs edərək, Azərbaycan Əməkdaşlıq Proqramının icrasına start verilməsinin vacibliyini qeyd edib. O, xüsusilə minalardan təmizləmə, ekoloji vəziyyətin qiymətləndirilməsi və kiber təhlükəsizlik sahələrində praktiki əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını vurğulayıb.
Nazir həmçinin ATƏT-in iqtisadi və ətraf mühit ölçüsü üzrə təşəbbüslərin əhəmiyyətini qeyd edərək, Azərbaycan tərəfindən təşəbbüs göstərilən “Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi” layihəsinin uğurla icra olunduğunu və artıq üçüncü mərhələyə keçdiyini bildirib.
Nazir Ceyhun Bayramov Finlandiyanın ATƏT sədrliyinə uğurlar arzulayaraq, bu sədrliyin çoxtərəfli dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsinə, ATƏT-in fəaliyyətinin canlandırılmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

15-10-2025, 15:11
Ramiz Mehdiyev zəngə cavab verdi, amma...


Ramiz Mehdiyev zəngə cavab verdi, amma...

Ötən gün 4 aylıq ev həbsinə məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev telefona cavab verib.
Manset.az saytı Mehdiyevlə əlaqə saxlayıb.
Jurnalist keçmiş PA rəhbərinin dövlətə xəyanətdə ittiham edilməsi haqda mövqeyini soruşub. O, telefonu açsa da, sualı eşidən kimi dəstəyi asıb.
Xatırladaq ki, Bakı şəhəri Səbail rayon məhkəməsi dünən Mehdiyev Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri maddələri ilə ittiham edilir.
15-10-2025, 14:43
Yanğın törədən şəxs məsuliyyətə cəlb olundu


Yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat xidmətinin regional qrupu xəbər verir ki, Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalarla yanğının kənd sakini F.Rasulov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
15-10-2025, 00:07
Son 1 ayda Azərbaycanda ikinci böyük QALMAQAL


Son 1 ayda Azərbaycanda ikinci böyük QALMAQAL

Son 1 ayda Azərbaycan ictimaiyyətində rezonans doğuran daha bir həbslə bağlı məlumat yayılıb. Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib.
Onun Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri üzrə cinayət işi başlanıb.
Bu gün Səbail Rayon Məhkəməsinin qərarı ilə akademik barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Onun yaşı nəzərə alınaraq təcridxanaya salınmadığı ehtimal edilir.
Qeyd edək ki, 87 yaşlı Ramiz Mehdiyev hazırda Təhlükəsizlik Şurasının üzvüdür. O, bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu.
Ramiz Mehdiyevin həbsindən cəmi bir ay öncə ölkə gündəmini silkələyən daha bir qalmaqal yaşanıb. Belə ki, SOCAR-ın keçmiş rəsmisi Adnan Əhmədzadə DTX tərəfindən saxlanılmış və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. İddialara görə, o, “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqla ölkənin enerji sektorunun etibarlılığına və bazar şəffaflığına ciddi zərbə vurub.
Uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışan Adnan Əhmədzadə həm ölkə daxilində, həm də xaricdə geniş biznes şəbəkəsinə malik şəxs kimi tanınırdı.
İki həbs arasında əlaqənin olub-olmadığı hələlik məlum deyil...
14-10-2025, 23:34
Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir


Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs olunub.
DTX Baş İstintaq İdarəsi tərəfindən keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyevlə bağlı cinayət işi başladılıb.
Bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Ramiz Mehdiyev hazırda Təhlükəsizlik Şurasının üzvüdür.
O, bu vəzifəyə 2019-cu ildə təyin edilib.
87 yaşlı akademikin oğlu Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.
Onların vəzifələrində qalıb-qalmayacağı yaxın günlərdə məlum olacaq.
14-10-2025, 22:41
Zığda yanğın: 2 nəfər xəsarət aldı


Zığda yanğın: 2 nəfər xəsarət aldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışın baş verdiyi və genişlənərək yaxınlıqdakı tikililərə keçmə riskinin yüksək olduğu müəyyən edilib
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanan evdə xəsarət alaraq təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğının qonşu evlərə keçməsinə imkan verilməyib
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli üçotaqlı evin bir otağının yanar konstruksiyaları və tavanı 30 kv.m sahədə yanıb. Yanğın zamanı ümumilikdə 2 nəfər xəsarət alıb.
Evin qalan hisssi və qonşu evlər yanğından mühafizə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!