Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Sabah azarkeşləri sevindirmək istəyirik - Qurban Qurbanov .....                        Azərbaycanlı ekspert İrəvanda “Zəngəzur dəhlizi” ifadəsini İZAH ETDİ .....                        Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldu .....                        Azərbaycanlı politoloq İrəvanda çıxış etdi: “Sülhlə bağlı realist olmalıyıq” .....                        Salman bin Əbdüləziz İlham Əliyevə məktub göndərdi .....                        Sabah gecə ilin ən heyrətamiz səma hadisəsi baş verəcək .....                        Ankarada gərginlik - Ərdoğanla Bağçalının arası dəyib .....                       
Tarix : 15-10-2025, 15:13
Ceyhun Bayramov ATƏT-in sədri ilə görüşdü


Ceyhun Bayramov ATƏT-in sədri ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Görüşdə Azərbaycan-Finlandiya ikitərəfli münasibətləri, Finlandiyanın ATƏT-də sədrliyi dövründə prioritet istiqamətlər, ATƏT-in qarşısında duran çağırışlar, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də bölgədə post-münaqişə dövründə vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.
Tərəflər ötən il COP-29 çərçivəsində Bakıda, eləcə də bu ilin sentyabr ayında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi zamanı Nyu Yorkda liderlər arasında keçirilmiş görüşlərin ikitərəfli münasibətlərin inkişafına töhfəsini məmnunluqla qeyd ediblər. Nazirlər münasibətlərin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin və dialoqun intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı Finlandiyanın ATƏT sədrliyi çərçivəsində prioritetlərə toxunulub. Nazir Ceyhun Bayramov qeyd edib ki, Finlandiyanın sədrliyi Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi dövrə təsadüf edir. Bu şəraitdə ATƏT-in çoxtərəfli platforma kimi çevik şəkildə yeni reallıqlara uyğunlaşmasının, öz aktuallığını və funksionallığını qoruyub saxlamasının əhəmiyyəti vurğulanıb.
Nazir həmçinin regionda son vəziyyət, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, məcburi köçkünlərin geri qayıdışı istiqamətində görülən tədbirlər və mina təhdidi barədə finlandiyalı həmkarını məlumatlandırıb.
Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə edilib. Nazir Ceyhun Bayramov 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün və imzalanmış Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Sülh sazişinin imzalanması istiqamətində atılacaq növbəti addımlar və Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zərurəti bir daha diqqətə çatdırılıb.
“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər post-münaqişə dövründə reallıqları nəzərə alaraq, funksional əhəmiyyətini itirmiş Minsk Prosesi, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının fəaliyyətinin 1 sentyabr tarixindən dayandırılması barədə qərarı müsbət qiymətləndiriblər.
Nazir Ceyhun Bayramov ATƏT çərçivəsində əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində mövcud maneələrdən bəhs edərək, Azərbaycan Əməkdaşlıq Proqramının icrasına start verilməsinin vacibliyini qeyd edib. O, xüsusilə minalardan təmizləmə, ekoloji vəziyyətin qiymətləndirilməsi və kiber təhlükəsizlik sahələrində praktiki əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını vurğulayıb.
Nazir həmçinin ATƏT-in iqtisadi və ətraf mühit ölçüsü üzrə təşəbbüslərin əhəmiyyətini qeyd edərək, Azərbaycan tərəfindən təşəbbüs göstərilən “Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi” layihəsinin uğurla icra olunduğunu və artıq üçüncü mərhələyə keçdiyini bildirib.
Nazir Ceyhun Bayramov Finlandiyanın ATƏT sədrliyinə uğurlar arzulayaraq, bu sədrliyin çoxtərəfli dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsinə, ATƏT-in fəaliyyətinin canlandırılmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!