“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
Tarix : 31-03-2022, 16:33
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovun Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşü barədə məlumat yayıb.

Butov.az xəbər verir ki, XİN-dən Axar.az-a verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində ölkəmizə rəsmi səfəri çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Nazirlər arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Nazirlər ikitərəfli gündəlikdə duran əsas məsələləri, beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, xüsusilə də ATƏT ilə əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan Polşa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini, və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin inkişaf etməkdə olduğunu vurğulayıb. Bu xüsusda, iki dövlət rəhbəri tərəfindən 2017-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”yə istinad edilib. Nazir, cari ilin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunması ilə əlamətdar olduğunu bildirib və bu münasibətlə təbriklərini çatdırıb.

Nazir Zbiqnev Rau ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və iqtisadi sahədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə məmnunluqla istinad edib.

Nazir Ceyhun Bayramov Polşalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, bölgədəki son gərginliyin səbəbi və Ermənistan tərəfindən birgə bəyanatın müddəalarının pozulması, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən qurma işləri ilə bağlı məlumat verib.

Tərəflər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, ATƏT-in post-münaqişə mərhələsində normallaşma prosesinə töhfəsi, habelə regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!